EKSPEDİSİYALAR

  • Torpaqşünaslar Xəzərsahili düzənliklərin torpaq örtüyünü tədqiq etmişlər
    27 Sentyabr 2018

    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin bir qrup əməkdaşı, şöbə müdiri, a.e.ü.f.d, dos. İ.Ə.Quliyevin rəhbərliyi ilə Sumqayıtçayın mənsəbindən Samurçayın mənsəbinə qədər Xəzərsahili düzənliklərdə çöl ekspedisiyasında olmuşlar.

    Ətraflı...
  • Xəzər sahillərindən Qarabağ düzünədək ərazidə tədqiqat işi aparılıb
    12 Sentyabr 2018

    ACC-nin üzvləri coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov, Müseyib Yunusov, Səidə Zeynalova  şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərliyi ilə bu ilin iyulunda Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olmuşlar.

    Ətraflı...
  • Landaftşünaslar Böyük Qafqazın şimal-şərq yamacı ərazilərində ekspedisiyada olublar
    11 Sentyabr 2018

    Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri, Coğrafiya İnstitutunun  “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Starə Tarixazər, Zərnurə Həmidova, Elina Kərimova, Sevil Quliyeva, Samirə Ələkbərova və Sevinc Məmiyeva iyulun 16-dan 20-dək Böyük Qafqazın şimal-şərq yamacında yerləşən ərazilərində çöl ekspedisiyasında  olmuşlar.

    Ətraflı...
  • ACC-nin üzvləri Oğuz rayonunda ekspedisiyada olmuşlar
    09 Sentyabr 2018

    Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin əməkdaşları - c.ü.e.d. Y. Tağıyeva, c.ü.f.d. R. Fətəliyev, A. Əliyev və V. Ağayeva  şöbənin 2017-2020 illər üçün təsdiq olunmuş «Pliosen və Eopleystosen dövründə Cənubi Xəzər hövzəsinin Qərb cinahının təbii şəraitinin təkamülü və neft yataqlarının əmələ gəlməsində onun rolu» mövzusunda yerinə yetirilən plan işi ilə əlaqədar olaraq, Böyük Qafqazın cənub-şərq yamacında tədqiqat işləri aparmaq  məqsədilə 2018-cı ilin 25-30 iyun tarixində Oğuz rayonunda çöl ekspedisiyasında olmuşlar. 

    Ətraflı...
  • Azərbaycan Avropa ölkəsidir
    24 Sentyabr 2013

    Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyəti uzun müddət mübahisəli olan Avropa qitəsi ilə Asiyanın arasındakı sərhəd xəttinin keçdiyi məntəqələri dəqiqlıklə müəyyənləşdirmişlər. Məlumdur ki, bu qitələr arasındakı sərhəd 1964-cü ildə qəbul olunmuş xətt üzrə keçirmişdir. Lakin bu, mübahisəli sərhəddir. Ona görə də həm Rusiya Federasiyasında, həm də Qazaxıstanda yeni sərhəd xətti müəyyən olunaraq o, Xəzər dənizinin şərq sahilindəki Mangistau yarımadasına qədər gətirilmişdir. Fərz edilirdi ki, sərhəddin davamı Abşeron yarımadasından keçməklə, Böyük Qafqazın su ayrıcı boyu uzanaraq Qara dənizə qədər çatmalıdır. Azərbaycan ərazisindən keçən xətt üzrə təkliflər hazırlanmış və bu haqda ilk dəfə olaraq geologiya-minerologiya e.n. Rəşid Fətəliyev məqalələr çap etdirmişdir. Öz növbəsində, Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti həmin sərhəddin keçdiyi məntəqələri müəyyənləşdirmiş və AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun rəhbərliyi ilə 7 avqust tarixində Abşeron rayonunun Fatmayı kəndi yaxınlığında və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında bu sərhəddin sərhəd xətti bildirən rəmzi göstəricilərini orada vurmuşlar. Beləliklə, AMEA Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti yeni sərhəd haqqında öz təkliflərini ictimaiyyətə təqdim etmişlər.

    Ətraflı...
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic