BDU COĞRAFİYA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ VƏ ONUN FƏALİYYƏTİ

Respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Ali təhsil sahəsində aparılan islahatlar həm yüksək ixtisaslı kadrların hazırlanması, həm də respublikamızın elmi-texniki potensilanının gücləndirilməsi istiqamətlərini əhatə edir.

Ali məktəb elmi ölkəmizdə aparılan elmi tədqiqatların mühüm hissəsini təşkil edir. Bu sahəyə yönəldilən vəsaitin miqdarı ildən ilə artırılır, nəticədə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi təmin olunur.

Son vaxtlar tətbiqi xarakterli tədqiqatların aparılmasına meyl və marağın artması müşahidə olunur. Bu, həm alimlərin sərbəst qərar qəbul etmək və işləmək imkanlarının genişlənməsi, həm də iqtisadi maraq amilinin daha önəmli olduğu mühitin yaranması ilə bağlıdır.

Ali məktəblərdə yerinə yetirilən işlərin nəticələrini elmi ictimaiyyətə çatdırmaqda elmi nəşrlərin rolunu nəzərə alaraq onların təsis edilməsinə və müntəzəm nəşrinə xüsusi fikir verilir.

Təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması ali məktəb elminin vacib sahələrindən biridir. Tələbələrin elmi-tədqiqat işinə cəlb olunması ali məktəblərdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətləri vasitəsilə həyata keçirilir. Tələbələrin elmi-tədqiqat işini canlandırmaq məqsədilə 2014-cü ildən etibarən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi tələblərinin elmi konfransı çərçivəsində “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsi keçirməyə başlayıb. 

Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti aşağıdakı əsas vəzifələrin həyata keçirilməsinə yönəldilib:

- tələbələrdə elmi tədqiqat işlərinə dair marağın yüksəldilməsi;
- tələbələrdə elmi-ideoloji şüurun yaradılması;
- elmi-praktik layihələrın hazırlanmasına dair bilik və bacarıqların formalaşdırılması;
- milli innovasiya sisteminin formalaşdırılması;
3486
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic