YENİSEY ÇAYI

Rusiyanın və dünyanın ən böyük çaylarından biridir. Uzunluğu 3487 km-dir. (Yenisey–Anqara–Selenge qolu üzrə 5539 km) Şimal Buzlu okeanındakı Kara dənizinə tökülür. Hövzəsinin 97%-i Rusiya, 3 %-ə qədəri isə Monqolustanın ərazisində yerləşir. Hövzəsinin sahəsi 2580 min. km² təşkil edir. Çayın hövzəsi Qərbi və Şərqi Sibir arasında təbii sərhəd rolunu oynayır. Qidalanmasının 50%-i qar ərinti suları, 38%-ə qədərini isə yağış suları təşkil edir. Oktyabr ayından başlayaraq çayda donma baş verir.

Yenisey çayının 500-ə qədər qolu vardır ki, bunlarında ümumi uzunluğu 300 min km-dən artıqdır. Ən əsas qolu Anqara çayıdır.

Çayda buz örtüyü noyabr ayından başlayaraq mart-aprel aylarına qədər əmələ gəlir.


 
 





 
26778
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic