AMERİKA

Qərb yarımkürəsində yerləşir. Yeni Dünya kimi də həmçinin tanınır. Şimali və Cənubi Amerika materiklərinə bölünür. Qitə Yerin ümumi sahəsinin 8,3%-ni tutur, quru sahəsinin isə 28,4%-ni təşkil edir. Şimaldan cənuba 14 000 km məsafədə uzanır. İqlim şəraiti Şimalı Amerikada, Alyaskada Tundra iqlimindən tutmuş Mərkəzi və Cənubi Amerikadakı rütubətli tropik meşə iqliminə kimi olduqca müxtəlifdir. Əsas dağ sistemləri Kordilyer, And, Appalaç və s.-dir. Çay şəbəkəsinin əsas çay sistemləri Missisipi, Makkenzi, Kolumbiya, Kolorado, Amazon, Parana, orinoko və s.-dir
Qitədə yerləşən ən iri göllərə Yuxarı, Huron Miçiqan, Böyük Ayı, Böyük Kölə, Eri Ontario, Vinnipeq, Marakaybo, Titikaka və s. missal göstərmək olar.
Amerika qitəsini Xristofor Kolumb 1492-ci ildə kəşf etmişdir. Kolumbun bu səyahətinin əsas məqsədi Hindistana dəniz yolunu kəşf etmək olmuşdur. Kolumb Amerika sahillərinə dörd dəfə (1492-1502-ci illər) səyahət etmişdir. Lakin o ömrü boyu buranın Hindistan olduğunu sanmışdır və onun ilk olaraq kəşf etdiyi adalar indi də "Vest İnd" adlandırılmaqdadır. Kəşf edilən yeni torpaqların bir qitə olduğunu isə Kolumbla birlikdə səyahət etmiş xəritəşünas Ameriqo Vespuççi ilk dəfə söyləmişdir. Bu səbəbdən yeni kəşf edilən qitə Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırılmışdır. Amerikanin yerli ehalisini isə hindular adlandirmislar.
Hazırda Amerika qitəsində 900 milyondan çox əhali yaşayır (təxminən dünya əhalisinin 13,5%-i). qitənin ən çox əhalisi olan ölkələri ABŞ, Braziliya və Meksikadır. Ən çox əhalisi olan şəhərlər isə San Paulo, Mexiko Siti, Nyu York Sitidir.


 











 
2750
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic