YOL BOYUNCA GÜNƏŞ ELEKTROMOBİLİNİN ÜZƏRİNƏ DÜŞƏN GÜNƏŞ ENERJİSİ MİQDARININ MODELLƏŞDİRİLMƏSİ

R.H.Qardaşov, R.M.Məmmədov
 
Məqalədə Günəş elektromobilinin panelinə düşən Günəş enerjisinin miqdarını hesablayan model təqdim olunur. Modelin giriş parametrləri − 1) Günəşin göy üzündə yerini təyin edən zaman anı və nöqtənin (elektromobilin) coğrafi koordinatları (en dairəsi, uz. dairəsi, dəniz səviyyəsindən yüksəkliyi); 2) yolun meyilliyini və nöqtənin kölgələnməsini ifadə edən kəmiyyətlər; 3) atmosferin optik vəziyyətini göstərən xarakteristikalardır. Modelin əsas çıxışı zamanın hər bir anında və yolun hər bir nöqtəsində elektromobilin panelinə düşən Günəş enerjisinin miqdarıdır. Bu modeli reallaşdıran proqram paketi elektromobillərin navigasiya sisteminin əsasını təşkil edəcək və onun optimal idarəsini həyata keçirəcəkdir.
 
13377
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic