AZƏRBAYCAN ƏRAZİSİNDƏ MÜASİR VƏ GÖZLƏNİLƏN TƏBİİ RÜTUBƏTLƏNMƏ ŞƏRAİTİ

X.Ş.Rəhimov
 
Ölkə ərazisinin müxtəlif  bölgələrində yerləşən 32 meteoroloji stansiya məlumatları əsasında  atmosfer yağıntılarının müasir orta aylıq, illik və mövsümi iqlim normaları hesablanmışdır (1992-2006-cı illər). İllik və isti dövrün atmosfer yağıntılarının miqdarı və təbii rütubətlənmə zonalarının ölkə ərazisində paylanma xəritələri tərtib edilmişdir. Müəyyən edilmişdir ki, baza dövrünə (1961-1990-cı illər) nisbətən ölkə ərazisinin böyük hissəsində yağıntıların illik miqdarı 15 – 84 mm (3 – 19%) azalıbsa, Böyük Qafqazın cənub yamacının qərb hissəsində o, 73-135 mm (6 – 14%), Abşeron yarımadası və ondan şimalda yerləşən sahilboyu ərazilərdə isə 7-18 mm (3-6%) artmışdır. Rütubətlənmə zonalarının sərhədləri praktiki olaraq dəyişməyib. Təhlil edilən  iqlim dəyişmələri ssenarilərə əsasən gələcəkdə illik atmosfer yağıntıları miqdarının dəyişməsi müxtəlif istigamətli olacaq və  -1 - -5 %-dən  +4 - +20 %-dək   təşkil edəcək. Ölkə ərazisində ssenaridən asılı olaraq mümkün buxarlanmanın miqdarı 15-35 % artacaq və bu da rütubət çatışmazlığının  (iqlim-su­varma norması) 70 – 540 mm artmasına gətirib çıxara  bilər. Beləliklə, həyata keçən ssenaridən asılı olmayaraq ölkə ərazisində təbii rütubətlənmə şəraiti pisləşəcək və bu da rütubətlənmə zonaları sərhədlərinin dağlara doğru irəliləməsinə səbəb olacaqdır.
13428
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic