AZƏRBAYCAN ALİMİNİN KİTABI KANADADA NƏŞR OLUNUB

04 Mart 2016
Kanadanın Sophia Publishing Group Inc. nəşriyyatı Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və İran İslam Respublikasının Xəzər Dənizi Tədqiqatları mərkəzinin bölmə müdiri doktor Homayoun Xoşrəvanın “Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyasını nəşr etmişdir.  
Atlasın giriş hissəsində Xəzər dənizi və onun hövzəsinin fiziki-coğrafi və iqlim xüsusiyyətləri haqqında ümumi məlumat, Azərbaycan Respublikasında Xəzər dənizinin tədqiqatlarının təşkili tarixi, bu sahədə işləyən elmi-tədqiqat institutları və dövlət təşkilatları, onların fəaliyyətinin istiqamətləri və s. haqqında ətraflı məlumat verilir. İran İslam Respublikasında bu tədqiqatlar son zamanlar başlasa da artıq genişləndirilir.
Atlas üç fəsildən, 270 xəritədən ibarətdir.   Birinci fəsildə Xəzərin sahil zonasının və dibinin geomorfoloji xüsusiyyətləri və xəritələri, onların şərhi təqdim olunur.
İkinci fəsil dənizin fiziki xassələrinə həsr olunmuşdur. Burada dənizin axınları və su dövranları, səth dalğaları, suyun temperaturu, duzluluğu, şəffaflığı, alberdosu və başqa parametrlərin xəritələri və onların şərhləri verilir. Xəzərin əsas problemlərindən biri olan səviyyə problemi də bu fəsildə öz əksini tapmışdır.
Üçüncü fəsil Xəzər dənizinin iqlimi və meteorologiyası haqqındadır. Havanın temperaturu, rütubəti, şəffaflığı, buludluluq, küləyin istiqaməti və sürəti, günəş radiasiyası və istilik büdcənin xəritələri verilmişdir.
Atlas bütün dünyada Xəzər dənizi ilə maraqlanan təsərrüfat işçiləri və elmi tədqiqatçılar üçün maraqlıdır.
 
18661
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic