AKADEMİK R.MƏMMƏDOV PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRİB

04 Aprel 2016

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına İnstitut kollektivi adından məktub göndərib:

                                                             Azərbaycan Respublikasının  Prezidenti

                                         İlham Əliyev cənablarına

 

         Cənab Prezident!

Sizin ədalətli və qətiyyətli xarici və daxili siyasətiniz sayəsində son günlər qüdrətli ordumuzun milli-tarixi torpaqlarımız olan bir sıra mühüm strateji məntəqələrin  erməni vandallarından azad olunması xəbəri bütün Azərbaycan xalqı və ictimaiyyəti kimi, Azərbaycan Milli Elmləri Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiyaçı alimlərini də ürəkdən sevindirir. Əminik ki, Sizin rəhbərliyiniz və inamlı sülhsevər siyasətiniz nəticəsində bundan sonra da xalqımız,  dövlətimiz qloballaşan dünyada daha mühüm demokratik, milli-siyasi  zəfərlərə nail olacaqdır. Sizin Beynəlxalq arenalarda dəfələrlə təkrar-təkrar dediyiniz kimi, Azərbaycan xalqını və müstəqil dövlətini özünün ədalətli haqq və demokratik yolundan heç kəs yayındıra bilməyəcəkdir. Bu yol bizim milli-siyasi  prioritetimiz,  gələcəyimizdir və dönməzdir!                                                               Cənab Prezident!                                                                          

Xalqımızın bu gərgin və çətin günlərində, həmçinin azad və firavan   yaşamağımız naminə  biz, coğrafiyaçı alimləri həmişə Sizin yanınızdayıq, bundan sonra da milli dövlətçilik  və ekocoğrafi problemlərin  həlli məsələsində  öz bilik və bacarığımızı əsirgəməyəcəyik və Sizin ətrafınızda bir yumruq kimi daha da sıx birləşəcəyik! 

  Hörmətlə,                                                                                                 

   AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi adından,

 

  direktor akademik                                                              R.M.Məmmədov

18292
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic