AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNİN ÜZVÜ EMİN QARDAŞOVUN BERLİN ŞƏHƏRİNƏ SƏFƏRİ

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Qardaşov Emin 01-05 May 2016 tarixlərində Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin “Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü” çərçivəsində Berlin və ona yaxın ərazilərdə “Külək, Günəş və Bioenerji” mövzusu üzrə Alman-Azərbaycan Xarici Ticarət Palatası və “Renewables Academy” RENAC AG tərəfindən təşkil olunmuş informasiya səfərində iştirak etmişdir.  Səfər zamanı 2050-ci ildə enerji tələbatını 100% bərpa olunan enerji ilə ödəmək üçün Almaniyada hazırda tətbiq olunan və sınaqdan keçirilən yanaşmalarla tanış olunmuşdur.  Tədbirdə əsas müzakirə olunan problemlər: Külək, günəş və bioenerji birlikdə kənd, şəhər və hətta regionun öz enerji tələbatını avtonom şəkildə necə təmin edə bilər? Almaniyada hazırda gündəmdə olan modellər; Azərbaycan bu təcrübədən necə faydalana bilər. Tədbir çərçivəsində həyata keçirilən fəaliyyətlər: 1) Berlin, Arnimplatz-da günəş enerjisindən istiliyin əldə olunması, boz suyun yenidən emalı, enerjiyə qənaət ilə istismar olunan “Passiv ev”ə səyahət və seminar; 2) Berlindən 150 km aralı yerləşən və özünü tamamilə külək, günəş və bioenerji ilə təmin edən və hər ay 80-100 min avro dəyərində enerji satan Feldheim kəndinə səyahət və seminar; 3) Aldershot Texnologiya Parkına (keçmiş ADR-ın Elmlər Akademiyası şəhərciyi) səfər və burada “Enerji çevrilişi: Adlershof enerji səmərəli şəhər yolunda” mövzusunda seminar; 4) “Autarsys” şirkətinə səfər və enerjinin saxlanması (akkumulyasiyası)  üçün tətbiq olunan sistemlə tanışlıq; 5) RENAC AG-də səfərin qiymətləndirilməsi və yekun müzakirələr.              

Berlin- Almaniyanın paytaxtı və Avropanın ən böyük siyasi, iqtisadi, elmi və mədəni mərkəzlərindən biridir. Əhalisi təqribən 3400000, ərazisi isə 891,85 km2- dir. Sərnişin daşımasında əsasən mürəkkəb sxemi olan metro və tramvay xətlərindən istifadə olunur. Qeyd etmək lazımdır ki, nəqliyyatda gediş haqqı Bakı ilə müqayisədə təxminən 20 dəfə bahadır. Berlin Hava Limanı (Teqel) Bakı Heydər Əliyev Hava Limanı qədər müasir olmasa da sərnişinlərin istifadəsi üçün rahatdır. Berlinin əsas görməli yerləri Reyxstaq, Brandenburq qapıları, Xilaskar Əsgərin abidəsi, Berlin divarı, Berlin soboru, Potsdamda tarixi malikanələr və s.-dir.


RENAC-ın binasının damında quraşdırılmış günəş panellərinin işləmə prinsipi ilə tanış olarkən (Şəkil 2).

 

Passiv evə səyahət. Şəkil 3-də göstərilən bina passiv ev adlanır. Passiv ev özünü enerji ilə təmin edir və onun enerji mənbəyi binanın damında quraşdırılmış günəş panelləridir. Passiv evin tikintisində xüsusi kompozit materiallar istifadə olunmuşdur, bu da binanın daxilindəki istiliyi qorumaqla onun səmərəli istifadəsinə şərait yaradır. Bununla yanaşı cənuba baxan böyük, iki qat şüşəli pəncərələr daxildən çölə istiliyi buraxmır və içəri bol günəş enerjisi düşür.
 

Binanın zirzəmisındə boz suyu təmizləyən və təkrar istifadəyə yönəltən, binanın istilik sistemini idarə edən qurğular yerlərdirilmişdir (Şəkil 4).
 

 
Feldheim kəndinə səyahət və seminar.  Berlindən 150 km aralı yerləşən və özünü tamamilə külək, günəş və bioenerji ilə təmin edən bu kənd hər ay 80-100 min avro dəyərində enerji satır (Şəkil 5 və 6).
 
     

Aldershot Texnologiya Parkına (keçmiş ADR-ın Elmlər Akademiyası şəhərciyi) səfər və seminar.

Texnologiya parkında keçirilən seminarda parkın meneceri tərəfindən burada yerləşən elmi tədqiqat institutları, universitetlər və onların tarixi, fəaliyyəti, idarəçılıyı haqqında genış məlumat verildi (Şəkil 7 və 8).

 
     

 
“Autarsys” şirkətinə səfər və enerjinin saxlanması (akkumulyasiyası)  üçün tətbiq olunan sistemlə tanışlıq.

RENAC AG-də səfərin qiymətləndirilməsi və yekun müzakirələr
 
      



 
18120
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic