ŞİRVAN MİLLİ PARKINA NÖVBƏTİ EKOTUR TƏŞKİL OLUNUB

16 aprel 2017-ci il tarixində Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Şirvan Milli Parkına ekotur baş tutmuşdur. Turda BDU və ADPU-nun tələbə və magistrları iştirak etmişlər. Tur rəhbəri, ACC-nin üzvü Emil Cəbrayılov yol boyu iştirakçılara ölkəmizin müxtəlif təbii abidələri, o cümlədən, Şirvan Milli Parkı haqqında məlumatlar vermişdir. Tələbələr milli parkın inzibati binasında olmuş, müxtəlif müşahidə məntəqələrində müşahidələr aparmış, ərazinin bitki və heyvanlar aləmi ilə tanış olmuşlar. Qrup rəhbərələri c.ü.f.d. Natavan Cəfərova və p.e.ü.f.d. Mirvari Verdiyeva öz tələbələri ilə çöl tədqiqat işləri aparmışlar. Sonda milli parkın əməkdaşları tur iştirakçılarının suallarını ətraflı cavablandırmışlar. 
 

 
17968
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic