HİRKAN MİLLİ PARKINA EKOTUR BAŞ TUTMUŞDUR

7 may 2017-ci ildə Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Hirkan Milli Parkına ekotur baş tutmuşdur. Turda Coğrafiya İnstitutunun əməkdaşları, BDU və ADPU-nun  müəllim-tələbələri,  coğrafiyaçı magistrlar  və digər təbiətsevərlər  iştirak etmişlər.
Bakıdan Lənkərana gələn iştirakçılar ilk olaraq milli parkın inzibati binasında olmuşlar. Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov qonaqları burada qarşılamış, milli park haqqında onlara ətraflı məlumat vermiş və maraq doğuran sualları cavablandırmışdır. Daha sonra tur iştirakçıları Xanbulançay su anbarında olmuşlar. Göl və ətraf ərazilər ilə tanış olmuş, sahilyanı zonada təmizlik işləri aparmışlar.
Səfərin növbəti məkanı dəniz səviyyəsindən 21 m aşağıda yerləşən Moskva meşəsi olmuşdur. Hacıağa müəllimin bələdçiliyi ilə meşəyə qədər 2 km-lik yürüş edilmişdir. Tur iştirakçıları meşədə əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş müxtəlif relikt və endemik ağac növləri - şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, Hirkan ənciri, Qafqaz xurması və s. ilə canlı olaraq tanış olmuş, onlar haqqında ətraflı məlumatlar almışlar. Qeyd olunmuşdur ki, Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün sənədləri hazırlanmış və müvafiq orqanlara təqdim edilmişdir.
Günün sonunda Bakıya geri dönüş olmuşdur.
 
16311
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic