ELBƏYİ CƏLALOĞLU: "RAMİZ BƏY"

08 Yanvar 2018

İstedadlı şair-publisist, yazıçı-tədqiqatçı Elbəyi Cəlaloğlunun  Dövlət Mükafatı Laureatı, AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədova həsr etdiyi şeri təqdim edirik

 
 

Ramiz  bəy 

Akademik, Dövlət mükafatı laureatı,

AMEA Coğrafiya institutunun direktoru,

dostum Ramiz Məmmədova həsr edirəm

 

İgid kimi ucalardan ucadı,

Koroğlu tək gəldi cuşa Ramiz bəy.

Alim kimi sənətində ucaldı,

Qələmini çəkib döşə Ramiz bəy.

 

Qaracalar – doğulduğu yurd yeri,

Bəxş eyləyib bir füsunkar bəhəri.

Bu dünyanın mirvarisi, gövhəri,

Daş-qaşına olub rişə Ramiz bəy.

 

Heyrət verir hər yeni kəşfi nagah,

Xəzər sirrin eylədi elmə agah.

Xəzər xanı kimi qurdu barıgah,

Dönüb oldu bir tamaşa Ramiz bəy.

 

Təbiətlə bağlı təşəbbüsü var,

Qorumaqçün onu təklifləri car.

Hər sahədə olub bir möcüzədar,

Qıymaz belə qurda, quşa Ramiz bəy.

 

Adət olub onunçün cəhd eyləmək,

Tam inanıb, sonra fikir söyləmək.

Sərhəd xətti Azərbaycandır demək,

Şərqlə Qərbi saldı başa Ramiz bəy.

 

Dərya qədər misilsizdi zəkası,

Saya gəlməz müdrikliyi, dühası.

Vətən, millət olub hər vaxt davası,

Bir örnəkdi vətəndaşa Ramiz bəy.

 

Şamaxıda təkkəsi var – Pirqulu,

Burda alır vəhyi bu Allah qulu.

Gecə, gündüz yüksəliş olub yolu,

Zamanını verməz boşa Ramiz bəy.

 

Mətanətdə, təvazödə ağırdı,

Səbatlıdı, səbirlidi, fağırdı.

İnsanları sadəliyə çağırdı,

Sadiq oldu təməl daşa Ramiz bəy.

 

Təbəssümü Aydan gələn şölədi,

Baxışı da hər an haqqı söylədi.

Cəlaloğlu, doğru sözə kölədi,

Şərəf verdi hər bir yaşa Ramiz bəy. 

7450
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic