"UCA ZİRVƏ"

04 fevral 2018

Akademik Ramiz Məmmədovun keçmiş tələbəsi  Namiq Ağaməmmədov (Niyaldağlı) doğum günü münasibətilə sevimli müəlliminə şer həsr etmişdir. Onu diqqətinizə təqdim edirik.

 

Uca Zirvə

  (Hörmətli akademik  Ramiz Məmmədova  ithaf  olunur)


Sehrli ibarə ilə başlayar nitqə,
Söykənib daima dərin məntiqə,
Sərf edib ömrünü elmi-tədqiqə,
Öyüb Xəzəri, çevirdi əntiqə.


Mehmanı oldunsa, eyləyər diqqət,
Hər zaman ucadır ona həqiqət
Şəfqəti bəxş edir insana riqqət,
 Yaxşı dost yoluna edər sədaqət.
 

Vardır görkəmində şuxluq, əzəmət,
Qazanıb işiylə o, dərin hörmət,
Cətinə düşənə eyləyər hümmət,
Zirvəyə cıxmağa çox çəkib zəhmət.

                                                           
Bənzəyir işləri dahi  memara,
 Hələ çox edəcək elmi ixtira,
    Çalışır təkmil ekosistem qura,
     Boyansın landşaftlar işığa, nura.


Köklənib Haqq yola əzəldən ürək,
Bu yola dözüm də, hünər də gərək,
Qəlblər ayrılmasın, olsun müştərək,
Ad gününüz  olsun, xoş və  mübarək!
 

                                                     Ağdaş rayonu, Ağdaş şəhəri

479
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic