AVSTRİYALI QONAQLAR ÇÖL EKSPEDİSİYASINDA İŞTİRAK EDİBLƏR

10 Aprel 2018
Azərbaycan Coğrafiya Cəmiyyəti ilə Montana Universitetinin Geologiya bölməsi arasında yaranmış əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan Avstriyanin Montan Universitetinin professor və tələbə heyətindən ibarət bir qrup mütəxəssis  aprelin 7-də tədqiqat aparılacaq ərazi ilə tanışlıq məqsədi ilə çöl ekspedisiyasında iştirak etmişlər.

Qonaqlarla birgə   Coğrafiya  İnstitutunun Paleocoğrafiya şöbəsinin elmi işçiləri Abdullayev Elşən və Ağayeva Vüsalə, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Ələsgərov Ələsgər, Bayramov Zaur Şamaxı-Qobustan, İslamdağ ərazisində yer səthinə çıxmış alt və orta  Miosen yaşlı çöküntülərin olduqları sahələrə baxış keçirmiş, kəsilişlərlə yaxından taniş olmuş,  gələcəkdə birgə əməkdaşlıq üçün doğru kəsilişlər seçmişlər.

 



 
246
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic