ADPU-DA AKADEMİKLƏ GÖRÜŞ KEÇİRİLİB

17 Aprel 2018

Aprelin 17-də ADPU Tarix və Cografiya Fakültəsi və Azərbaycan Cografiya Cəmiyyəti (ACC) ADPU Filialının təşkilatçılığı ilə Universitetdə vaxtilə həmin ali məktəbin Cografiya-biologiya fakültəsinin məzunu olmuş akademik Qərib Məmmədovla Tarix və cografiya fakültəsi tələbələrinin görüşü keçirilmişdir.  Görüşdə  fakültə dekanı dos. Şahin Pənahov, dekan müavini dos. Mətanət Əsgərova, Ümumi Cografiya kafedrasının müdiri prof. Məhəmməd Abduyev və  əməkdaşları, Ümumi Tarix kafedrasının müdiri akad. Vəli Əliyev, amerikalı qonaq Jill Sperandio, Zimbabveli tələbə Joys da iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan dos. Mətanət Əsgərova daha sonra sözü tələbələrə vermişdir. Fakültənin ACC üzvü olan tələbələri akademik Q.Məmmədovun zəngin elmi-pedaqoji irsi haqqında təqdimatla çıxış etmişlər. Əvvəlcə TC-202 - ci qrup tələbəsi, ACC ADPU filialının tələbələr üzrə rəhbəri Aysun Hacıbəyli çıxış edərək akademikin həyatı, təhsili, pedaqoji fəaliyyəti haqda geniş məlumat vermişdir.

Sonra C-201-ci qrup tələbəsi, ACC-nin əlaqələndiricisi Taleh Mirzəyev akademikin geodeziya-kartoqrafiya sahəsindəki əsərləri, dərslikləri, onun rəhbərliyi və ya yaxın iştirakı ilə tərtib olumuş xəritə və atlaslar (Torpaq Atlası, Ekoloji Atlas, Azərbaycan torpaqlarının ekoloji qiymət xəritəsi, Azərbaycanın Torpaq Xəritəsi,  Naxçıvanın Torpaq Xəritəsi, Naxçıvan torpaqlarının ekoloji qiymət xəritəsi və s.) ən nəhayət, bu əsərlər içərisində şah əsərlər titulunu daşıyan "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz - 1903-cü il" xəritəsi haqda ətralı məlumat vermiş,  bu əsərlərin dövlət və ümummilli strateji əhəmiyyətini xüsusi vurğulamışdır.

Sonra çıxıs edən C-301-ci qrup tələbəsi Sürəyya Cəfərova akademikin ekologiya, torpaqşünaslıq və ekologiya sahəsindəki elmi tədqiqatları, aldığı nəticələri, bu sahədəki dərslik və elmi əsərləri haqda məlumat vermişdir. Akademikin bu sahədəki əsərlərindən "Aqroekologiya", "Sosial Ekologiya", "İnsan Ekologiyası", "Meşə ekologiyası" və s. əsərlər, onların mahiyyəti haqda tələbələrə ətraflı məlumat verilmişdir.

TC-202-ci qrup tələbəsi Aqşin Abbaszadə akademikin müxtəlif sahələrdə yazdığı fundamental elmi əsərləri haqda təhlili məlumatlar vermişdir ("Azərbaycanın Torpaq ehtiyyatları", "Qlobal Ekoloji problemlər", "Heydər Əliyevin aqrar islahatlar modeli" və s. ).

Çıxış edən C-302-ci qrup tələbəsi Təhminə Abbaszadə akademik Q.Məmmədovun gərgin və məhsuldar elmi araşdırmalarının nəticəsi olaraq onun müxtəlif dövrlərdə yerli və beynəlxalq səviyyədə təltif olunduğu mükafatlardan bəhs etmiş, ələxsus akademikin 2017-ci ilin 9 yanvarında ölkə prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmasını məxsusi vurğulamışdır.

Daha sonra C-302-ci qrup tələbəsi Həyat Nəsirova akademikin həyatı, elmi, siyasi fəaliyyəti, təltif olunduğu mükafatlar haqqında ingilis dilində təqdimatla çıxış etmişdir.

Tələbələrin çıxışlarından sonra akademik Q.Məmmədov tribunaya dəvət olunmuşdur. O, ilk tələbəlik illərinin keçdiyi doğma fakültəsində olmaqdan məmnun olduğunu bildirmiş, həmçinin bu gün tədbirdə iştirak edən tələbələrin fəallığının onda xoş hisslər yaratdığını ifadə etmiş, tələbələrlə öz dəyərli fikirlərini bölüşmüşdür.  Sonra akademik tələbələr üçün "Milli atlas və Geoməkan məlumatlarından istifadə edilməsi" adlı maraqlı elmi təqdimatla çıxış etmiş, kartoqrafiya, coğrafiya, torpaqşünaslıq kimi elmlərin müasir informasiya əsaslı inkişaf meylləri, həmçinin elektron hökumət modelindən geohökumət modelinə keçidin konsepsiyası haqda ətraflı məlumat vermişdir.

Sonda akad. Vəli Əliyev və Q.Məmmədovla tələbə yoldaşı olmuş dosent Dadaş Ələsgərov akademik haqda fikirlərini bölüşmüşdür.

Son olaraq xatirə fotosu çəkdirilmişdir.

 

 

 
443
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic