ŞİRVAN MİLLİ PARKI, BƏNDOVAN - EKOTUR

3 iyun 2018-ci il tarixində Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Şirvan Milli Parkına ekotur təşkil olunur.

Proqram:
08:00 Elmlər Akademiyası metro stansiyasının qarşısında toplaşma;
08:30 Avtobusla yola düşmə;
10:30 Şirvan Milli Parkına giriş;
Milli Parkda gəzinti. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranlar, Flaminqo gölü, zəngin quş növləri müşahidə olunacaqdır. Dəniz kənarına və Bəndovan yasaqlığına (palçıq vulkanı) gediləcəkdir;
16:30 milli parkdan çıxış;
18:30 Bakıya çatma.

Turun ödənişi 22 AZN təşkil edir.
Qiymətə daxildir:
- nəqliyyat 
- milli parka bilet
- çay süfrəsi 
- bələdçi.

Nahar ödənişə daxil deyil. Hər kəsə özü ilə qida və su ehtiyatını götürmək tövsiyə olunur. 

Əlaqə və qeydiyyat:
AMEA, Əsas bina, 2-ci mərtəbə, otaq 249
Tel: 050 7520042

Qeydiyyat üçün son tarix: 01 iyun 2018-ci il

© Azərbaycan Coğrafiya Cəmiyyəti
308
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic