YENİ LAYİHƏYƏ START VERİLİB

04 Sentyabr 2018
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi üzrə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlığı çərçivəsində  həyata keçirilən “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsinə start verilib. Ağdaş və Mingəçevir şəhərlərində icrasına başlanan layihənin plana uyğun olaraq daha sonra Bərdə və Yevlax şəhərlərində davam etdirilməsi nəzərdə tutulur. Coğrafiya müəllimlərinin cəlb olunduğu təlimlər hər rayon üzrə 50 akademik saat müddətində keçiriləcəkdir.
Layihənin rəhbəri Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin coğrafiya müəllimi Camal Bərxudarov, təlimçi-koordinatoru c.ü.f.d. Aqil İsayev, eksperti c.ü.f.d. Qalib Rüstəmov, təlimçilər isə Coğrafiya İnstitutunun əməkdaşları Yaşar  Nəsibov və Emil Cəbrayılovdur.
Layihənin keçirilməsində məqsəd region müəllimlərinin informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə Coğrafi İnformasiya Sistemləri üzrə baza biliklərinin, bacarıqlarının inkişaf etdirilməsi və coğrafiya dərslərində effektiv üsullarla tətbiq olunmasıdır. Təlimlərin keçirilməsi ixtisas müəllimlərinin böyük marağına və diqqətinə səbəb olmuşdur. 

 

 
8434
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic