LANDAFTŞÜNASLAR BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI ƏRAZİLƏRİNDƏ EKSPEDİSİYADA OLUBLAR

11 Sentyabr 2018
Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri, Coğrafiya İnstitutunun  “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Starə Tarixazər, Zərnurə Həmidova, Elina Kərimova, Sevil Quliyeva, Samirə Ələkbərova və Sevinc Məmiyeva iyulun 16-dan 20-dək Böyük Qafqazın şimal-şərq yamacında yerləşən ərazilərində çöl ekspedisiyasında  olmuşlar.

Ezamiyyət müddətində alimlər “Azərbaycanda sel əmələgətirici proseslərin inkişaf dinamikası, rayonlaşdırılması və idarə olunması problemləri" mövzusunda tədqiqat işinin yerinə yetirilməsi ilə bağlı Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarında Vəlvələ, Qudyalçay, Qusar, Tahircal çayları hövzələrində sel və sürüşmə təhlükəsini araşdırmışlar. Tədqiqat zamanı Quba-Təngaltı-Qonaqkənd, Qusar-Ləzə və Həzrə-Sudur avtomobil yolları boyunca sürüşmə sahələrinin artdığı qeydə alınmışdır. Vəlvələ çayında yağan yağışlardan sonra suyun miqdarında artım müşahidə olunmuşdur.

 







 

311
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic