AZƏRBAYCAN TƏBİƏTİNƏ HƏSR OLUNMUŞ YENİ NƏŞR

20 Sentyabr 2018
 

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Emil Cəbrayılovun “Azərbaycan təbiətinə səyahət” adlı kitabı nəşr olunub.

 Zahid Əhmədovun redaktorluğu ilə “Avropa” nəşriyyatında çap olunan topluda gənc tədqiqatçının vətənimizin ekzotik təbiət məkanlarına və yaşayış məntəqələrinə səyahəti zamanı topladığı təəssüratlardan söhbət açılır. Müəllifin Azərbaycan Coğrafiya Cəmiyyətinin xətti ilə gerçəkləşdirdiyi səfərlərdə sevə-sevə görüşünə tələsdiyi ərazilərin coğrafi mövqeyi, təbiət və mədəniyyət abidələri, yerli sakinlərlə qayğılı söhbətləri, səyahət zamanı yaşadığı macəralı məqamların təhlükəli anları sadə, səmimi, aydın, inandırıcı və kövrək bir dillə təqdim olunur. Əsas məqsəd Azərbaycanın ulu keçmişini və bu gününü sağlam şəkildə gələcək nəsillərə yaxından tanıtmaq, ötürmək və sevdirməkdir.

10620
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic