“ÜMUMİ YERŞÜNASLIQ” ADLI YENİ KİTABI ÇAPDAN ÇIXIB

30 Sentyabr 2018
 

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Starə Tarixazərin “Ümumi yerşünaslıq” adlı yeni kitabı (rus dilində)  çapdan çıxıb. Kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.

Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti  426 səhifədən, 6 hissədən və 20 fəsildən ibarətdir.  Dərslikdə  ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə -  geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Burada Günəş sisteminin yaraması, litosfer, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.

Dərs vəsaiti ali məktəblərin coğrafiya fakültəsində  təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də  xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

11620
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic