ŞİRVAN MİLLİ PARKINA EKOTUR TƏŞKİL OLUNUB.

15 fevral 2016
Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Azərbaycanı daha dərindən tanımaq və tanıtmaq məqsədilə ölkəmizin müxtəlif guşələrinə səfərlərə start verilib.
 Cəmiyyətin prezidenti, akademik Ramiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə 2016-cı il, fevralın 14-də Şirvan Milli Parkına ekotur təşkil olunub.
Səfərdə Coğrafiya İnstitutunun əməkdaşları, tələbələr, məktəblilər, müxtəlif peşə sahibləri – coğrafiya sevərlər - əvvəlcədən planlaşdırılmış  45 iştirakçı sayından xeyli artıq adam iştirak edib.
Azərbaycan Skautlar Assosiasiyasının balaca üzvləri də turistlər sırasında olublar.
Turun bələdçisi olmağa razılıq verən Coğrafiya İnstitutunun şöbə müdiri, k/t. elmləri üzrə fəlsəfə doktoru Ənvər Əlizadə işinin öhdəsindən bacarıqla gəlib. Tur boyu Azərbaycanın tarixi, təbiəti, landşaftı, eləcə də dövlət tərəfindən qorunan milli parkları, qoruqları barədə tur iştirakçılarına dolğun məlumatlar verib, şən zarafatları ilə səfərin daha canlı və maraqlı keçməsinə nail olub.
Tədbir iştirakçılarını Şirvan Milli Parkında qarşılayan Şirvan Dövlət Qoruğunun meneceri Hikmət Qənbərov əvvəlcə Turizm mərkəzində xəritə və şəkillər əsasında qoruğun ərazisi, bəzi coğrafi obyektlər, burada məskunlaşan heyvanat aləmi haqqında geniş məlumat verib. Sonra səyahətçilər Parkın elmi-tədqiqat mərkəzində olub, ceyranları, müxtəlif quş növlərini seyr ediblər. Burada nahar etdikdən sonra estakadaya qayıdıb, qızılqaz (flaminqo) gölünə gediblər.
ACC-nin üzvləri – Cİ-nin elmi işçisi Emil Cəbrayılov və İT mütəxəssisi Üzeyir Mikayılov təşkilati-texniki  vəzifələri  üzərlərinə götürmüş və bu işlərin öhdəsindən məharətlə gəlmişlər.
Turda iştirak edən hər bir kəs gəzinti və məlumat baxımından xeyli faydalandığını və belə səfərlərin sayının artırılması arzusunda olduğunu bildirib.

Xanım Rzazadə,
ACC-nin ictimaiyyətlə
əlaqələrə məsul əməkdaşı















 
19841
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic