“TURİZMİN DAYANIQLI İNKİŞAFDA ROLU” MÖVZUSUNDA SEMİNAR-KONFRANS KEÇİRİLDİ
25 May 2017-cı il tarixində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı Qızlar Universitetinin Coğrafiya fakültəsinin tələbələri üçün “Turizmin dayanıqlı inkişafda rolu” mövzusunda seminar-konfrans keçirildi. Seminar-konfrans tələbələrin coğrafiya sahəsindəki gələcək fəaliyyətində onlara dəstək olmaq, turizmin dayanıqlı inkaşafı barədə onları məlumatlandırmaq kimi məsələlərə həsr olunmuşdur.
Seminar-konrfansı şuranın sədri c.ü.f.d. Ələkbərova Samirə açaraq şuranın fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verdi, Universitet tələbələrinin coğrafiya elminə olan marağının rtırılmasının, onların stimullaşdırılmasının aktuallığını və vacibliyini qeyd etdi.
Daha sonra c.ü.f.d., dos. Z.T.İmranı turizmin dayanıqlı inkişafda rolu haqqında məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə malikdir. Turizm insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə əməktutumlu fəaliyyət növü olduğundan, ölkədə əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənaye sahələrinin və xalq yaradıcılıq nümunələrinin inkişaf etdirilməsinə şərait yaradır, hotellərin tikintisini sürətləndirir.
Dayanıqlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur. Son dövrlər dünya turizm bazarının inkişafında turizmin davamlı inkişaf konsepsiyası əsas götürülür.
8870