COĞRAFİYA İNSTİTUTU İLƏ RUMINİYANIN VALAHİA UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMUNUN İMZALANMASI BARƏDƏ İLKİN RAZILIQ ƏLDƏ OLUNUB

12 Oktyabr 2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Rumıniyanın Valahia Universitetinin nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Rumıniya arasında elmi-akademik əlaqələrin genişləndirilməsi, elmi təcrübə mübadiləsinin təşviqi və iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, akademik təcrübənin paylaşılmasının və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanların yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş beynəlxalq akademik əməkdaşlığın inkişafı və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Qeyd edilib ki, imzalanması nəzərəd tutulan memorandum iki elmi qurum arasında tərəfdaşlığın inkişafı və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.









51
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic