ELBƏYI CƏLALOĞLU: "RAMIZ BƏY"

26 April 2024

İstedadlı şair-publisist, yazıçı-tədqiqatçı Elbəyi Cəlaloğlunun  Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti,  AMEA akad.H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, Dövlət Mükafatı Laureatı, akademik Ramiz Məmmədova həsr etdiyi şeri təqdim edirik

 

Ramiz bəy

Akademik, Dövlət mükafatı laureatı,
AMEA Coğrafiya institutunun direktoru,
dostum Ramiz Məmmədova həsr edirəm

 

İgid kimi ucalardan ucadı,

Koroğlu tək gəldi cuşa Ramiz bəy.

Alim kimi sənətində ucaldı,

Qələmini çəkib döşə Ramiz bəy.

 

Qaracalar – doğulduğu yurd yeri,

Bəxş eyləyib bir füsunkar bəhəri.

Bu dünyanın mirvarisi, gövhəri,

Daş-qaşına olub rişə Ramiz bəy.

 

Heyrət verir hər yeni kəşfi nagah,

Xəzər sirrin eylədi elmə agah.

Xəzər xanı kimi qurdu barıgah,

Dönüb oldu bir tamaşa Ramiz bəy.

 

Təbiətlə bağlı təşəbbüsü var,

Qorumaqçün onu təklifləri car.

Hər sahədə olub bir möcüzədar,

Qıymaz belə qurda, quşa Ramiz bəy.

 

Adət olub onunçün cəhd eyləmək,

Tam inanıb, sonra fikir söyləmək.

Sərhəd xətti Azərbaycandır demək,

Şərqlə Qərbi saldı başa Ramiz bəy.

 

Dərya qədər misilsizdi zəkası,

Saya gəlməz müdrikliyi, dühası.

Vətən, millət olub hər vaxt davası,

Bir örnəkdi vətəndaşa Ramiz bəy.

 

Şamaxıda təkkəsi var – Pirqulu,

Burda alır vəhyi bu Allah qulu.

Gecə, gündüz yüksəliş olub yolu,

Zamanını verməz boşa Ramiz bəy.

 

Mətanətdə, təvazödə ağırdı,

Səbatlıdı, səbirlidi, fağırdı.

İnsanları sadəliyə çağırdı,

Sadiq oldu təməl daşa Ramiz bəy.

 

Təbəssümü Aydan gələn şölədi,

Baxışı da hər an haqqı söylədi.

Cəlaloğlu, doğru sözə kölədi,

Şərəf verdi hər bir yaşa Ramiz bəy.

 

Şamaxı, Pirqulu, 11 avqust 2016-cı il.

4735
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic