İQLIM DƏYIŞMƏLƏRINƏ HƏSR OLUNMUŞ YENI KITAB NƏŞR OLUNUB

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” adlı yeni kitab çap edilib.

Kitabın müəllifi coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, rəyçilər – coğrafiya elmləri doktoru, professor Fərda İmanov və texniki elmlər doktoru, professor Nazim Hüseynovdur.

Əsərdə  müasir dünyanın ən təbii qlobal problemi olan iqlim dəyişmələri, baş verən təhlükəli hidrometeoroloji ha­disələr təhlil edilmişdir. İqlim dəyişmələri faktlar - sə­bəblər - ehtimal olunan variantlar ssenarisi əsasında araşdırılmış, real faktlara əsaslanaraq Azərbaycanda regional iqlim dəyişmələri qiymətləndirilmiş, təhlükəli hidrometeoroloji ha­disələrin sistematik analizi verilişdir.

4532
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic