KOLUMB ƏVVƏLCƏDƏN AMERİKANIN VARLIĞINDAN HALİ İDİ - SENSASSİYA

“Zic-Elxani” əsərindəki coğrafi koordinatlar cədvəli və Yerin başlanğıc meridianı        
Rəsmi xronikalarda bildirilir ki, Kolumb Yeni Dünya sahillərinə dörd dəfə səyahət edib – 1492-1493, 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə - və həmişə də elə bilib ki, üzləşdiyi torpaq Asiya qitəsidir. Belə bir ifadələrə demək olar ki, bütün qaynaqlarda rast gəlmək olar.
Mən isə bunun əksini fikirləşirəm. İndi çalışacağam ki, bunu mərhələ-mərhələ sübuta yetirim.
Kolumb elə birinci səyahət zamanı bilirdi ki, qarşısındakı torpaq naməlum bir ərazidir və ora hansı marşrutla, hansı cərəyanla, neçə günə üzəcəyini əvvəlcədən planlaşdırmışdı.
Bununla yanaşı artıq tarixşünaslıqda (görünür, XVI əsrdən) başqa bir “skeptik” (şübhəli) konsepsiya mövcuddur. Onun əsasını belə bir fikir təşkil edir – Kolumb 3 avqust 1492-cü ildə yola düşəndə, artıq Asiyaya aid olmayan, Atlantikanın o biri tayında torpaqlar barəsində dəqiq məlumatlar əldə etmişdi. XX əsrin xarici kolumbistikasında amerikalı A. Vinyo, argentinalı Romulo Karbia, fransız M. Andre, son zamanlar isə ispan R. Balyester Eskalas bu, konsepsiyanın tərəfdarı kimi çıxış edirdilər.1
Həmin kəşfi analiz etmək üçün bəzi məqamlara toxunmaq istəyirəm. Kolumbun başçılıq etdiyi ekspedisiyanın hansı məqsəd güddüyü barəsində bir çox ədəbiyyatlar var. Maraqlısı odur ki, bəziləri iddia edirlər ki, Kolumb 1492-ci ildə Asiya qitəsinə çatmaq məqsədini ümumiyyətlə, qarşısına qoymamışdır.
Bu fərziyyənin nə dərəcədə düzgün olduğunu müəyyən etmək üçün ilk növbədə Kolumb ilə iki kral arasında bağlanan müqaviləyə nəzər salmaq lazımdır. O, nəzərdə tutduqları titulları və imtiyazları yalnız dünya əhəmiyyətli kəşfi həyata keçirəndən sonra İspaniyanın monarxlarından ala bilər. Yəni, həmin müqavilədə nəinki Asiya və yaxud onun hər hansı bir hissəsi, hətta orada heç bir coğrafi ad da göstərilməyib. Lakin bunun əsas səbəbini başqa bir şey ilə izah edirlər.
 
        http://4.bp.blogspot.com/-cc6HCfNM_K4/UAa3JyHYkdI/AAAAAAAAACE/AHlJzWWPkkA/s1600/%D0%9A%D0%BE%D0%BB%D1%83%D0%BC%D0%B1.jpg                                            

      Xristofor Kolumb (1451-1506)                        Kolumbun birinci transatlantik səyahəti (1492)
 
Dünyanın Kastiliya ilə Portuqaliya arasında bölüşdürülməsil bağlı 1479-cu ildə Alkasovasda müqavilə bağlanır. Kastiliyanın ərazilərinə olan iddiadan əl çəkən kral V Alfons Portuqaliya üçün həddindən artıq əlverişli imtiyazlar əldə edir: Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör və Madeyra adaları isə Portuqaliyanın ayrılmaz ərazisi kimi sənədləşdirilir. Gəlcək rəqibini təhlükəsizləşdirməyə səy göstərən portuqallar mütləq hakim sayılan Roma papasına müraciət edirlər. Alkasovasdakı müqaviləni təsdiqləmək üçün Roma papası IV Sikst 21 iyun 1481-ci ildə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edib, “Aeterni Regis” bullası ilə onları tanış edir. Müqəddəs atanın İzabella Kastiliyalıya hörməti olsa da, o, Kanar adalarından cənubda yerləşən bütün əraziləri Portuqaliyanın ixtiyarına verir. Qərbdə yerləşən torpaqlarla heç bir məsələ qaldırılmamışdı. Ona görə ki, həmin ərazidə torpaqlar məlum olmadığından, həmin məsələyə toxunmaq yersiz idi.
Belə olan halda İspan monarxları Kolumb ilə bağlanan müqavilədə heç vaxt Asiyanın hər hansı bir hissəsinin adını çəkə bilməzdilər. Ona görə ki, həmin qitənin demək olar, bütün ərazisi Portuqaliyanın ixtiyarına verilmişdir. Müqaviləyə görə isə söhbət yalnız Asiya qitəsindən gedə bilərdi. İş ondadır ki, qədimdəki və ilkin orta əsrlərdəki təsəvvürlərə görə Avropadan qərb tərəfdə Atlantik okeanının o tayında yalnız Asiya materiki yerləşə bilməzdi.1
Rəsmi xronikada göstərilirdi ki, birinci səyahətdən və “Hindistana” Qərb dəniz yolunun kəşfindən sonra, Kolumb özü ilə oradan yerli əhalinin nümayəndəsi sayılan hindular gətirmişdi. 
Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın olan italyan humanisti Pyetro Martire (Əzablı Pyotr), öz yerliləri ilə yazışmalar aparırdı. 1493-cü ilin noyabrın 1-də yazdığı məktubda belə bir ifadələr var: “Kolon (Kolumb) adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahilinə qədər, qərb antipodlarının yanına gedib çıxıbdır. O, kosmoqrafların fikirləşdikləri kimi... Şərq okeanının o tayında Hindistana yaxın bir yerdə yerləşən çoxsaylı adalar kəşf edibdir. Mən bu haqda iddia aparmaq istəmirəm. Halbuki Yer Kürsəninin ölçüsü başqa qənaətə gətirir çıxarır”.
Deməli, Kolumb səyahətə yola düşməmişdən əvvəl və Toskanellinin Yer kürəsinin ölçüsü barəsində verdiyi hesabatlarının əksinə olaraq, Pyetro Martire tamam başqa fikirdə idi.
Mən, belə qənaətə gəlmişəm ki, Kolumb çətin ki, florentsiyalı kosmoqrafın dedikləri ilə razılaşsın. Məşhur dəniz səyyahı bu barədə, ilk növbədə Yer kürəsinin çevrə uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. Deməli, Asiya qitəsi bilavasitə, P. Toskanellinin fikirləşdiyi kimi Atlantik okeanında, Kanar adalarından qərb istiqamətində 10000-12000 km. məsafədə yerləşirdi. Lakin Kolumb fərdi şəkildə hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb hissəsində yerləşən quru ərazi Avropadan təxminən 4000-4500 km. aralıdadır. Bu ondan xəbər verir ki, həmin torpaq Köhnə Dünyaya bəlli olmayan, tamamilə başqa bir torpaqdır.
“Zic Elxani” əsərinin müqəddiməsində Nəsirəddin Tusi yazır: “Coğrafi uzunluğun başlanğıcı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb dənizinin sahilindən 100 qərbdədir”. Coğrafi əsərlərdə Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərirdilər. Bəzi alimlər isə müəyyən ediblər ki, həmin adalar Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir fikirdir.
 
  Şəhərlərin
      Adı
 Tusiyə             
   görə
Qrinviçə       
   görə
Dərəcələrin   
    fərqi
1. Kordoba 380 26/ 040 47/ 330 39/
2. İsgəndəriyyə 610 54/ 300 03/ 310 51/
3. Qahirə 630 20/ 300 03/ 330 17/
4. Ədən 760 00/ 440 30/ 310 30/
5. Mədinə 750 00/ 390 54/ 350 26/
6. Məkkə 770 10/ 390 50/ 370 20/
7. Qüds 660 30/ 350 14/ 310 16/
8. Dəməşq 700 00/ 360 18/ 330 42/
9. Mosul 770 10/ 430 00/ 340 00/
10. Hoy 790 40/ 440 58/ 340 42/
11. Ürmiyə 790 45/ 450 05/ 340 40/
12. Naxçıvan 810 15/ 450 25/ 350 50/
13. Marağa 820 00/ 460 10/ 350 50/
14. Təbriz 820 00/ 460 17/ 350 43/
15. Tiflis 830 00/ 440 49/ 380 11/
16. Bakı 840 30/ 490 52/ 340 38/
17. Şamaxı 840 30/ 480 39/ 350 51/
18. Dərbənd 850 00/ 480 17/ 360 43/
19. Bağdad 800 00/ 440 24/ 350 56/
20. Abadan 840 30/ 520 30/ 320 00/
21. Şiraz 880 00/ 520 34/ 320 00/
22. Qəzvin 850 00/ 500 00/ 350 00/
23. Nişapur 920 00/ 580 51/ 330 09/
24. Səmərqənd 990 16/ 660 59/ 320 17/
25. Buxara 960 30/ 640 25/ 320 05/
26. Xocənd
(Lninabad)
100035/ 690 38/ 300 57/
27. Səna 770 00/ 440 30/ 320 30/
28. Ürgənc 940 30/ 600 45/ 330 45/
  Orta fərq     3430/
 
Cədvəlin bir hissəsini “Mühəmməd Nəsirəddin Tusi” əsərində çap etdirən H. Məmmədbəyli altdakı abzasda qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian indiki Qrinviç meridianından 34-350 qərbdədir. Bu meridian haradan keçir? Bunun üçün coğrafiya xəritəsinə müraciət edək. Qrinviç meridianından 34-350 uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Roka burnundan keçir. Bu nə deməkdir? Məlumdur ki, Amerikanın kəşfi 1492-ci ilin 12-si oktyabrdan başlanmışdır. Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib edilmişdir. Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur? Beləliklə, Marağa rəsədxanasının bu cədvəlinin tədqiqi çox maraqlı məsələyə toxunur.1
                          
Şəhərlərin
      Adı
 Tusiyə     
   görə
Biruniyə 
    görə
Ptolemeyə
     görə
1. Ədən 760 00/ 700 00/ -------------
2. Məkkə 770 10/ 670 00/ 670 00/
3. Mədinə 750 20/ 670 30/ 650 20/
4. Səna 770 00/ 670 20/ 630 30/
5. Buxara 960 30/ 870 50/ 870 20/
6. Ürgənc 940 30/ 840 01/  -----------
7. Səmərqənd 990 00/ 890 00/ 890 30/
8. Xovənd 100035/ 900 35/  -----------
 
Hər şeydən əvvəl bilmək lazımdır ki, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian ilk dəfə olaraq Marağanın özündən götürülmüşdür; yəni, bu başqa müəlliflərdən daha əvvəl burada qəbul edilmişdir. Bu məqsədlə Nəsirəddindən əvvəl tərtib olunmuş bir neçə cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə müəllifin cədvəlindən eyni şəhərlər üçün verilmiş coğrafi uzunluqlar müqayisə edilsə, aydın olar ki, Nəsirəddinin cədvəli ilə bunalrın arasında fərq var.
Bu və başqa cədvəllərin müqayisəsindən aydın olur ki, Nəsirəddin özündən əvvəlki müəlliflərə nisbətən başlanğıc meridianını 100 qərbə çəkmişdir. Lakin qeyd etmək lazımdır ki, Nəsirəddin özü ondan əvvəlki müəlliflərdən bəzilərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”.
Elə bunu Kolumb da qətiyyətlə göstərmişdir. Lakin başqa alimlərin cədəvlinə nisbətən Tusinin cədəvli daha dəqiq və daha geniş idi. İş ondadır ki, azərbaycanlı alim nəinki zəmanəsinin, hətta XV əsr üçün də tanınmış və istedadlı alim sayılırdı. Artıq onun elmi irsi Avropaya yayılmış və Paolo dal Pottso Toskanelli kimi böyük alim tərəfindən hərtərəfli qəbul edilmişdi.
Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə məşğul olan mütəxəssisləri yalnız bircə şey maraqlandırırdı; astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilməsində əvəzsiz rol oynamış Biruni və Xocəndi kimi alimlər sıfırıncı meridianı Qrinviçdən 250 qərb istiqamətində göstərdikləri halda, nəyə görə Tusi başlanğıc meridianını Xaldat adasından, yəni, Atlantik okeanının şərq sahilindən 100 qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da, onun Cənubi Amerikanın ucqar şərq hissəsinin harada yerləşməsindən xəbəri var idi? Əgər, Tusi həmin ölçünü verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o, başlanğıc meridianını Qrinviçdən 440 qərb istiqamətində də götürə bilərdi. Bu ölçü rəsədxana işçiləri üçün daha məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən 900–lik meridian keçərdi. Deməli, Tusi nə etdiyini çox yaxşı bilirdi.
İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və asar-e Xace Nəsirəddin Tusi” (“Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı”) əsərində sovet alimlərinin tədqiqatlarına əsaslanıb yazır ki, “Azərbaycanlı Nəsirəddin Tusi Qafqazda çox böyük bir rəsədxana yaratmışdı. Onun yaratdığı astronomik cədvəlləri araşdırarkən sovet alimləri müəyyən ediblər ki, Tusi Amerika qitəsinin coğrafi koordinatlarını bilirmiş. Buradan belə nəticəyə gəlmək olar ki, Kolumb Amerikanı iki əsr sonra kəşf edib”.1
 
                              Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları                                
 
Trancatlantik nəzəriyyəni öyrənən Kolumb, bir çox alimlərin başağrısına çevrilən məşhur layihəsini tərtib edir və onu, Seutanın arxiyepiskopu Diyeqo Ortis de Villeqasın rəhbərliyi altında, Portuqaliyanın ən istedadlı və bacarıqlı alimlərin, riyaziyyatçıların fəaliyyət göstərdikləri kiçik Lissabon akademiyasına – “Riyaziyyatçılar Xuntası”na – təqdim edir. Bu təşkilatın bir neçə üzvü yəhudi alimləri idi; o dövrün astrolyabiyasını və sektantını təkmilləşdirmiş usta Rodriqo və naviqasiya astronomiyasının ustası Xose Vitsinqo. Adı çəkilən adamlar dəqiq bilirdilər ki, layihədə göstərilmiş uzunluq barəsindəki ölçülər və həmin ölçülərə dair verilmiş məsafələr düzgün ola bilməz. İş ondadır ki, onların da Yer kürəsinin uzunluğunun dəqiq ölçüsü yox idi, lakin buna baxmayaraq həmin alimlər əmin idilər ki, elə Kolumbun da ortaya qoyduğu hesablamalar düzgün verilməyibdir.
Dəqiq bilinmir həmin şura hansı qərar verir, lakin o məlumdur ki, 1485-ci ildə çıxarılan qərar gözlənildiyi kimi Kolumbun xeyrinə olmayıbdır. Elə həmin ildə genuyalının həyat yoldaşı vəfat edir və o, İspaniyaya getməyi qərara alır.
Genuyalı dənizçi Lissabonu tərk edən kimi kral II Juan onun dediklərini yoxlamaqdan ötrü, Atlantik okeanının qərb hissəsinə ekspedisiya təşkil etməyi qərara alır. Kral və onun müşavirləri bu məsələdə yekdil fikirə gəlirlər.
             
                                       
            
                                               Kolumb transatlantik layihəsini müzakirə edir   
 
Həmin dövrdə nəinki Pireney yarımadasında, hətta Avropanın tərkibinə daxil olan bir çox ölkələrdə Atlantik okeanının qərb hissəsində yerləşən “Yeddi şəhər adası”ndan, Xaldat və Antiliya adalarından çoxlu söz-söhbətlər gəzirdi. Portuqal dəniz səyyahları həmin adaların axtarılıb tapılması üçün bir neçə ekspedisiya təşkil etmişdilər.
Keçmiş alimlər Antiliya adalarının yalnız Asiya qitəsinin şərqində yerləşdiyini göstərmişdilər. Həqiqətən də adı çəkilən adaların göstərildiyi xəritələr Avropada geniş şəkildə yayımlanırdı.
İtalyan xəritəşünası Fransisk Pitsiano 1367-ci ildə Antiliya adalarını göstərməklə xəritə tərtib etmişdi. Hazırda xəritə Parmanın İtaliya kitabxanasında saxlanılır. Fransız xəritəşünası Battista Bekkariya 1435-ci ildə xəritə hazırlamışdı. Həmin xəritədə Antiliya adı ilə bərabər onun sinonimi Stanahiya sözü də qeyd olunmuşdu. İtalyan xəritəşünası Andrea Biankini 1436-cı ildə, Antiliya adaları göstərilmiş Böyük Venetsian xəritəsini yaratmışdı. İtalyan alimi Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi xəritədə Antiliyanı Atlantik okeanının mərkəzində göstərmişdir.
Adları çəkilən xəritələrin tam əksəriyyəti Avropa alimləri tərəfindən müzakirə obyektinə çevrilirdi. Bəzi alimlər bilirdilər ki, Köhnə Dünyadan qərb tərəfdə yerləşən Atlantik okeanının sahilləri sonsuz deyil və uzaq qərbdə həmin okeanda böyük torpaq ərazisinin mövcudluğu heç kimdə şübhə doğurmurdu. Lakin maraqlandıran o idi ki, həmin ərazi Avropadan neçə kilometr aralıda yerləşir?
Bütün bunları yoxlamaq lazım idi. Lakin həmin işi II Juan Kolumba yox, tamamilə başqa bir adama, Portuqaliyada Fernan de Ulmo adı ilə tanınmış fələməngli Ferdinand van Olmenə tapşırır.
 
                                                              
                                                                       Portuqal kralı II Juan
 
Həmin dövrdə Portuqaliyanın xidmətində olan bir çox dənizçilər, maliyyəçilər, tacirlər öz pullarına bir çox ekspedisiyalar təşkil edirdilər; məsələn porrtuqaliyalı Kortereal qardaşlarının 1500, 1502 və 1506-cı illərdə təşkil etdikləri ekspedisiyalar buna bariz nümunədir. S. Morison, Ç. Verlinden, V. Magidoviç və İ. Magidoviç elmi əsərlərində qeyd edirlər ki, “Van Olmen öz ekspedisiyasını təşkil edəndə, Madeyra adasından Estreyto adlı bir müstəmləkəçi ilə birləşir. Van Olmenin sözlərinə görə o, istəyirdi ki, Atlantik okeanın qərb hissəsində yerləşən bir neçə adanı və yaxud da bütöv bir qitənin sahilini kəşf etsin. Həqiqətən də kəşf etmək istədiyi ölkənin adı onun üçün qaranlıq qaldığından o, həmin yeri ənənəvi olaraq “Yeddi şəhər adası” adlandırırdı”.
Bu çaşdırıcı fikir sayılırdı. Çünki van Olmen birbaşa kralın tapşırığı ilə səyahətə yollanmış və Kolumbun layihəsini praktiki cəhətcə yoxlamalıydı.
Toskanellinin məşhur xəritəsi tərtib olunmamışdan əvvəl Portuqaliyanın hakim dairələri Atlantik okeanının naməlum qərb hissəsinə yetərincə diqqət yetirirdilər. XV əsrin ortalarında portuqallar bir neçə dəfə adı çəkilən adalardan qərb tərəfə səyahətlər təşkil etmişdilər.
Kral V Alfons 1462-ci ildə Voqado adlı bir kəsə, qərb istiqamətində yerləşən təxminən iki adaya sahib olmaq üçün böyük imtiyazlar vermişdi. Bir neçə il sonra isə Telles adlı digər dənizçi Antiliyanın və yaxud da “Yeddi şəhər adası”nın axtarışına çıxmışdı. Bir çoxları onların ardınca səyahətə yollanmış, amma heç kim müvəffəqiyyət əldə edə bilməmişdi.
Van Olmen həm Voqadonun, həm də Tellesin səyahətlərinin nəticələri ilə tanış idi və yaxşı bilirdi ki, Hindistana qərb yolu ilə üzərkən, yolda heç bir adalardan istifadə edə bilməyəcək və təşkil etdiyi ekspedisiya yolda böyük çətinliklərlə üzləşəcək. Məhz bu səbəbdən II Juan ekspedisiyanın təşkilinə icazə versə də, səyahət zamanı tam uğur qazanılmasına şübhə ilə yanaşırdı. Yoxsa, həmin ekspedisiyanı o, öz puluna təşkil edərdi.
Ekspedisiya uğurlu keçəcəyi halda kral 1486-cı ildə van Olmenə bir çox imtiyazlar vermişdi. O, həmin espedisiyanı öz hesabına hazırladığından belə bir addım atılmışdı.       
“Riyaziyyatçılar Xuntası”ndan krala bildirirlər ki, Kolumb öz layihəsini Toskanellinin Yer kürəsinin verdiyi hesablamalar sayəsində tərtib edibdir. Məhz buna görə də van Olmen Atlantik okeanında həmin hesablamalara uyğun olaraq axtarışlar aparmalı idi. Çox güman ki, genuyalının layihəsi “Riyaziyyatçılar Xuntası”nda olanda, orada həmin sənədin surəti köçürülmüş və sonradan van Olmenə ötürülmüşdü.
1487-ci ilin yaz fəsilində van Olmen iki karavella ilə səyahətə başlayır. O, Atlantik okeanını 40 gün müddətinə qət edəcəyini nəzərdə tutur. Xatırlatmalıyam ki, 1492-ci ildə Kanar adalarından Baham adalarına kimi olan məsafəni Kolumb 36 gün müddətinə qət etmişdi. Fələməngli dənizçinin bəyanatı professor Çarlz Verlindenə məlum olanda o, heyrətini gizlətmədən bildirmişdi ki, 1486-cı ilə qədər portuqal dənizçiləri məxfi şəkildə Atlantik okeanının qərb hissəsinə ekspedisiyalar təşkil etmiş və təxmini olsa da, okeanın o tayında hansı adaların və ya naməlum qitənin harada yerləşdiyini bilirdilər.1
Ç. Verlindenin bu fikri ilə razılaşmaq çətindir. Əgər, van Olmen təxmini olsa belə bilsəydi ki, Köhnə Dünyaya məlum olmayan adalar və yaxud da ki, iri torpaq ərazisi Atlantik okeanın hər hansısa bir hissəsində yerləşir, onda çətinlik çəkmədən o, həmin coğrafi obyektləri kəşf edərdi. Həm də portuqal dənizçiləri Yeni Dünya sahillərinin şərq sahil zolağının konturlarına malik olsaydılar, onda Roma papası 1493-cü ildə öz bullası ilə Yer kürəsini iki krallıq arasında bölərkən, portuqal nümayəndələri öz mənafelərinə uyğun olaraq, demarkasion xəttin Atlantik okeanının hansı meridian üzrə keçməsini göstərməliydilər. Lakin bu baş verməmişdi. Məlum olduğu kimi portuqallar yalnız 1494-cü ildə Tordesilyasda öz istədiklərinə nail olurlar. Əgər, hər şey yuxarıda deyildiyi kimi olsaydı, onda II Juanın nümayəndələri demarkasion xəttin Yaşıl Burun adalarından qərbə tərəf 370 liq yox, Kolumbun kəşf etdiyi Antil adalarına kimi 470 liq çəkilməsini tələb edərdilər. Deməli, portuqallar Atlantik okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adalardan qərbdə hər hansı bir adanın və ya iri torpaq ərazisinin mövcudluğundan xəbərsiz idilər. Van Olmenin okeanı 40 gün müddətinə qət etməsi fikrinə gəldikdə isə bunun səbəbini başqa bir şeydə axtarmaq lazımdır.
Kolumb Portuqaliyada olarkən bildirmişdi ki, Asiya qitəsinin şərq sahilinə çatmaq üçün Atlantik okeanını 30 gün və ya həmin müddətdən bir qədər artıq vaxta qət edəcək. Van Olmen də onun layihəsilə tanış olandan sonra həmin fikiri II Juan ilə bölüşdürmüşdü. Deməli, fələməngli dənizçinin başçılıq etdiyi ekspedisiya Toskanellinin tərtib etdiyi xəritədən əlavə, paralel olaraq Kolumbun hazırladığı transatlantik layihəyə əsasən səyahətə yollanmışdır.
 
                                         
                            Paolo Toskanellinin məşhur xəritəsi və Orta Amerikanın əsl təsviri
 
Zəmanəsinin təcrübəli və bacarıqlı dənizçilərindən biri olan Xristofor Kolumb belə bir gedişatı gözləyirdi. Ona görə də o, yanlış rəqəmlərdən ibarət olan layihəsini təqdim etmişdi, həm də onun hamıdan gizlətdiyi (gələcəkdə “Kolumbun itmiş xəritəsi” hallanacaq) bir xəritə var idi ki, həmin materialı ən yaxın adamlarına göstərməyi belə lazım bilmirdi. Elə van Olmenin də səyahət boyu uğur qazanmamasının səbəbi bu idi.
Nəzərdə tutulan səyahətə ciddi hazırlaşan fələməngli dəniz səyyahı ekspedisiyanın Portuqaliya sahillərinə altı aydan sonra qayıdacağını planlaşdırırdı. Lakin nəticədə o, müvəffəqiyyət qazana bilmir. Van Olmenlə Estreytonun uğursuzluqla üzləşməsi, onların ilin münasib olmayan vaxtında yola düşmələri və Kolumbdan fərqli olaraq, okeanda hərəkət edən passatlardan lazımi şəkildə istifadə etməmələri ilə izah etmək olar.
Genuyalı dənizçinin müasiri olan, Yeni Dünya sahillərinin konkistadorlar tərəfindən işğal olunmasını ilk dəfə qələmə alan səlnaməçilərindən biri Bartolomeu de Las Kasas hekayələrinin birində Ernan de Olmosun (çox güman ki, o, Ferdinand van Olmeni nəzərdə tutur) səyahətindən xəbər verir. O, yazır ki: “həmin səyahət onu bir dəfə İrlandiyanın qərb sahillərinə, Kolumbun gələcəkdə qoyduğu marşrutdan xeyli şimala gətirib çıxarır”.
Təəssüflər olsun ki, van Olmenə həmin səyahətdən qayıtmaq müəssər olmamışdı.
Portuqal dənizçilərinin Atlantikanın qərbində uğursuzluğa düçar olmasının səbəbinin izah edilməsində alimlər çətinlik çəkirlər. Çünki əsas amil yaddan çıxarılir. Səbəbi sadədir. XV əsrin ortasından başlayaraq Avropa alimləri İslam dünyasının ən tanınmış alimlərinin əsərlərini əldə edərək, onların araşdırılmasına və nəticələrindən istifadə etməyə başlamışdılar. Həmin dövrdə Biruni və Xocəndinin əsərləri geniş təşəkkül tapdığından, onların hesabatlarına da ciddi əhəmiyyət verilirdi. Portuqal alimləri də hər iki alimlərin nəticələri ilə razılaşaraq elə zənn edirdilər Yerin başlanğıc meridianı indiki Qrinviç meridianından 250 qərb istiqamətdə (Atlantik okeanının demək olar ki, ortasından keçir) başlayır. Portuqal dənizçilərinin də uğursuzluğunu elə bu amil ilə izah olunur. Onlar qərbdə yerləşən Antiliya və digər naməlum əraziləri məhz həmin akvatoriyalarda axtarmış və vətənə əliboş qayıtmağa məcbur olmuşdular. Yəni, onlar maksimum Qolfstrim cərəyanına kimi gedib çıxmış və həmin cərəyanın əhatəsi ilə də Avropa sahillərinə qayıtmağa məcbur olmuşdular. Tusi isə başlanğıc meridianı adları çəkilən hər iki alimin meridianlarından daha 100 qərbdə göstərmişdir, hansı ki, indiki Braziliyanın ucqar şimal-şərq sahilindən keçir.
 
                                   
                                   
                 Nəsirəddin Tusi (1201-1274)                                     Əbu Reyhan əl-Biruni (973-1048)
 
Hər iki ekspedisiyanın gedişatını analiz edəndən sonra qətiyyətlə deyə bilərəm ki, fələməngli dənizçiyə nisbətən Kolumb öz səyahətinə daha ciddi hazırlaşmış və qətiyyətlə Biruni ilə Xocəndinin meridianlarını arxada qoyaraq Dördüncü qitənin kəşfinə nail olmuşdu.
 
                                   Toskanellinin səhvi, Eratosfenlə Tusinin dəqiq hesablamaları
 
Səyahətə yollanan Kolumb kimin köməyindən istifadə edəcəyini çox yaxşı bilirdi. Onun bir qeydini göstərmək lap yerinə düşərdi. O, yazır: “Bu dünyanı təsvir edən Ptolemey və başqaları güman edirdilər ki, o kürəvidir və hesab edirdilər ki, bu yarımkürə də üzərində olduqları o biri yarımkürə kimi kürədir. Bu sonuncunun mərkəzini isə onlar Arin adasında yerləşdirdilər. Bu isə ekvatorun aşağı, Ərəbistan və İran körfəzləri arasında yerləşmiş, çevrəsini isə Portuqaliyadakı San-Visente burnunu keçərək qərbə doğru və şərqdə isə Kanqara və Seresdən keçirirdilər”.1
Kolumb qeyd edir ki, Arin adası Şərq yarımkürəsində 900-lik meridiandadır. Həmin ada Ərəbistan və İran körfəzləri arasında ekvatordan aşağı yerləşir. Bu isə yalnız Seyşel adaları ola bilər. Həmin adaların Qrinviçə nisbətən uzunluq koordinatı 530-dir. Bunu 900-yə tamamlayanda 340 olur. Kolumbun göstərdiyi ilə Tusinin cədvəlindən alınan nəticə, demək olar ki, eynidir. Bu ondan xəbər verir ki, məşhur dəniz səyyahı özünün birinci səyahətinə yola düşməmişdən xeyli əvvəl Marağada tərtib olunan astronomik cədvəl ilə tanış idi. Necə olsa da, həmin cədəvldə 256 şəhərin coğrafi koordinatları göstərilmişdir. İspaniyanın Kordova şəhərindən tutmuş, Çinin Pekin şəhərinə kimi düzgün koordinatlar barəsində coğrafiyaşünaslarda və xəritəşünaslarda səlis məlumat yaranırdı.
Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü T. N. Karı Niyazov Səmərqənd, Buxara, Herat, Oş və Xocənd şəhərlərinin uzunluq koordinatlarını tədqiq edərək nəticədə başlanğıc meridianın Qrinviçdən 320 qərbdə olduğunu müəyyən etmişdi. Deməli, “Zic Elxani” əsəri peşəkar səviyyədə dəqiq işlənilib başa çatdırılmışdır.
Tarixdən məlum olduğu kimi Kolumb səyahətə başalmaqdan ötrü, Kanar adalarından bilavasitə keçid dayanacağı kimi istifadə etmişdi. Axı, həmin keçid zamanı o, Kanar adalarından başqa Yaşıl Burun, Azör və Madeyra adalarından da istifadə edə bilərdi.
Erkən orta əsrlərdə bu adı çəkilən adalardan əlavə Atlantik okeanının qərb hissəsində Xaldat və ya Səadət adı altında naməlum adaların yerləşməsi haqqında kifayət qədər məlumatlar vardı. Lakin heç kim həmin coğrafi məntəqəyə gedib çıxa bilmirdi.
Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı. Bəzi alimlər, hətta həmin adaların Qrinviç meridianından 350 qərb istiqamətində yerləşdiyini bildirirdilər.
Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye yazdığı “Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət adaları Qrinviçdən 350 qərbdədir.1
Maraqlıdır Q. R. Kaye nəyə görə belə fikirdədir? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət adaları Alantik okeanının qərb hissəsində təsəvvür edilirdi. Həmin adaların mövcud olması yalnız Köhnə dünyanın sərhədinə yaxın bir yer idi. Deməli, Kaye heç bir elmi əsas olmadan həmin adaları Qrinviç meridianından 350 qərb istiqamətində göstərmişdir. Məlum olduğu kimi Atlantik okeanından 350 qərb istiqamətində, alimlərin diqqətini özlərinə cəlb edən, belə bir mühüm adalar yerləşmir.
Mənim fikrimcə Kolumb Tusinin “Zic Elxani” koordinatlar cədvəlini və tərtib etdiyi xəritəni ələ keçirəndən sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşaraq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki torpaq Avropadan təxminən 4500-5000 km. aralıda yerləşir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək olar.
Toskanelli humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdığı kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi və Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüşdü. Alim astronomik “Alfonso cədvəli”ni (XIII əsr) astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi.
 
                                 
         Paolo Toskanelli (1397-1484)                   Florentsiyadakı Santa-Mariya-del-Fyore məbədinin gümbəzi
 
Toskanelli bir çox alimlərin gördükləri elmi işləri ilə tanış olsa da o, kobud səhv nəticəsində Yer kürəsinin ölçüsünü xeyli kiçiltmişdi.
Bu cür kobud səhvə görə heç bir mütəxəssis Toskanelliyə bəraət qazandıra bilməz. Ona görə ki, o, 1474-cü ildə öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi. Bir çox əsaslar vardı ki, Toskanelli həmin səhvlərə yol verməsin.
Filologiya, xronologiya, riyaziyyat, astronomiya və coğrafiya ilə ciddi məşğul olmuş yunan alimi və yazıçısı Eratosfen Kirenalı (b. e. əvvəl təx. 276-194) İsgəndəriyyə kitabxanasına rəhbərlik etmiş və gələcəkdə IV Ptolemey Filopart kimi tanınacaq Misir vəliəhdinin tərbiyəsi ilə məşğul olmuşdu. O, üç kitabdan ibarət olan “Coğrafiya” adlı əsərində coğrafiyanın ilk sistematik elmi nəzəriyyəsini ortaya qoymuşdu. Alim öz əsərinə dünya xəritəsini daxil etmişdi, hansı ki, Strabonun dediyinə görə Hipparx Nikeyalı tərəfindən tənqid olunmuşdu. “Yerin ölçülməsi haqqında” traktatda (“Peri tes anametreseos ges”) Eratosfen, İsgəndəriyyə ilə Siena (indiki Asuan) şəhərləri arasındakı məşhur olan məsafənin əsasında və hər iki tərəfdədə Günəş şüalarının düşmə bucaqlarının fərqini müəyyənləşdirərək, ekvatorun uzunluğunu tapmışdı. 
Ekvatorun əsl uzunluğu 40120 km olduğu halda, alim tapdığı ölçünü minimal səhvlə, 252 min stadi, yəni 39690 km göstərmişdir. Bundan əlavə o, Yerin radiusunu da tapmışdı, əgər yunan stadisi (178 metr) ilə hesablama aparılıbsa, bu 7082 km edir, yox əgər misir stadisi ilə edilibsə, onda 6287 km-dir (müasir ölçü 6371 km-dir). Müasir alimlərin bir çoxları bildirirlər ki, Eratosfen Yerin çevrəsi uzunluğunu 43625 km, radiusunu isə 6943 km kimi göstəribdir.
Söz yox ki, Kolumb bu məlumat ilə yaxından tanış idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə, Eratosfenin, Posidoninin, əl Xorezminin, əl-Biruninin, Tusinin və Toskanellinin hesablamalarını nəzərə alaraq, ümumi məxrəcə gəlmiş və hər bir şeyi götür-qoy edəndən sonra uzaq səyahətə yola düşmüşdü.
 
       eratosfen                    Eratosfenə görə Dünya xəritəsi (b.e.ə. II əsr)
  
 
Günəş saatının bir hissəsi kimi adətən məbədlərin gümbəzindən istifadə olunurdu. Ən bariz nümunə Toskanellinin Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədinin gümbəzindən istifadə etmişdir. 1418-ci ildən 1436-ci ilə qədər arxitektor Filippo Brunelleskinin layihəsinə əsasən, məbədin gümbəzi inşa edilmişdi. Onun kohnə dostu olan Toskanelli 1474-cü ildə məbəddə özünün məşhur qnomonunu (həmin üsul ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən etmək mümkün idi) yerləşdirir. 90 m. hündürlükdə cənub pəncərəsinin ağzında o, ortasında deşik olan bürünc disk birləşdirir. Altardan sol tərəfdə Santa-Kroçe kapellasının döşəməsində bölümlərlə olan xətkeş düzəldir. Günəşin şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, diskin deşiyindən keçib döşəməsinə çatırdı. Həmin cihaz XIX əsrin sonuna qədər fəaliyyətdə olmuşdur. Məbəddə bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları çıxmadığından sıradan çıxmışdı.
 
 
                                     Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədi
 
Dəqiq olmayan hesablamalar nəticəsində Toskanelli Yerin ölçüsünü kiçiltmiş və belə nəticəyə gəlmişdi ki, okean vasitəsilə İspaniyadan Hindistana qədər 6000 mildir (həqiqi məsafədən üç dəfə az).
Fransız həkimi, astronomiya ilə dərindən maraqlanan Jan Fernel (1497-1558) Yer kürəsi çevrəsinin uzunluğunu 39816 km., Yerin radiusunu isə 6337 km. göstərmişdi.1 Belə başa düşmək olar ki, Toskanelli bir astronom kimi böyük bir səhvə yol vermişdi. Çünki onun hesablamasına görə Yer kürəsinin uzunluğunun ölçüsü təxminən 29000 km-dir.
Məhz bu səbəbdən Kolumb florensiyalı alimin hesabatı ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas götürmüşdü.
 
        
    1 В. Л. Афанасьев. Текст воспроизведен по изданию: Бартоломе де Лас Касас. История Индии. Ленинград, «Наука», 1968. стр. 18
           1 Ф. Дж. Купер. Мерседес из Кастилии или путешествие в Катай. Одесса, «Маяк», 1985. стр. 237
      1 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh. 154-156
          1 M. T. Müdərris Rüzavi. Əhval və asar-e Xace Nəsirəddin Tusi. II nəşr. Tehran, “Gülşən”, 1991.
1 Чарльз Верлинден, Покорители Америки: Христофор Колумб. “Феникс”, Ростов-на-Дону. 1997 г., стр.23.
        1 Христофор Колумб. Москва, «Путешествие», 1952. стр. 391
            1 Г. Р. Кае. «Индийская астрономия». 1924. стр. 52
         1 О. Коротцев. Глобус, как измеряли землю. Ленинград, «Д.Л», 1980. стр. 312 

 
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
25684
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic