20 sentyabr saat 10:00-da "Coğrafiyadan şagirdlərin beynəlxalq coğrafiya olimpiadasina (iGeo) hazırlığı" layihəsinin açılış mərasimi keçiriləcək.
(Yer: Bakı şəhəri, 8 nömrəli tam orta məktəb. (Axundov kitabxanasının arxası)
Arzu edənlər tədbirə dəvətlidirlər.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsinin qalibi seçilən layihənin məqsədi istedadlı şagirdləri beynəlxalq coğrafiya olimpiadasına hazırlamaqdır.
Beynəlxalq Coğrafiya Birliyi (İGU) nəzdində fəaliyyət göstərən Beynəlxalq Coğrafiya Olimpiadası (iGeo) məktəblilər üçün coğrafiya üzrə ən yüksək olimpiadadır.
iGeo 1996-ci ildə təsis edilmiş və indiyədək 16 olimpiada keçirilmişdir. Bu il Honq Konqda, növbəti isə Türkiyədə keçiriləcək beynəlxalq bilik yarışı İGU-da 2 ildən bir, iGeo-da isə hər il keçirilir. iGeo IGU-nun keçirildiyi ölkədə keçirilir.
Azərbaycan 2015-ci ildə ilk dəfə iGeo-da nümayəndə kimi, 2016-ci ildə isə komanda şəklində iştirak edib. Olimpiadaya hazırlıqlar böyük zəhmət tələb edən və komanda işidir. Digər fənlərdə olduğu kimi, coğrafiya üzrə də komanda hazırlıqları zamanı alimlərin iştirakı mütləq və zəruridir.
Layihə rəhbəri Yaşar Seyidəliyev Coğrafiya İnstitutuna, onun rəhbərliyinə məktəblilərdə coğrafiya elminə marağın artması,onlarda bu elmə sevgi aşılamaq istiqamətində göstərdiyi hər bir dəstəyə görə öncədən öz təsəkkürünü və minnətdarlığını bildirir.