CƏNUB ZONASININ DEMOQRAFIYA MƏSƏLƏLƏRINƏ DAIR YENI KITAB

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İnsan coğrafiyası istiqaməti əməkdaşlarının “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı yeni kitabı çapdan çıxıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ikinci nəşr olan və 4 fəsildən ibarət monoqrafiyada Azərbaycanın cənub regionunda əhali məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, nizamlanması istiqamətləri təhlil olunur. Kitab rəngli şəkillər, xəritə və cədvəllərlə müşayiət olunur.

Monoqrafiya əhali coğrafiyası, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri (bakalavr və magistlər), regional planlaşma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın baş  redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovdur. 

604
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
ОТПРАВИТЬ ПРЕДЛОЖЕНИЕ
ПОЗНАЙ АЗЕРБАЙДЖАН

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Национальная академия наук Азербайджана Институт Географии Азербайджанская национальная библиотека GoMap National Geographic