BEYNƏLXALQ COĞRAFIYA OLIMPIADASINA (IGEO) HAZIRLIQ DƏRSLƏRI UĞURLA DAVAM EDIR.30 ноября 2020
Bizim ölkəmizdə beynəlxalq olimpiadalara hazırlıqlar uğurla həyata keçirilir. Bu fənlərin arasında coğrafiya fənni barədə danışmaq istərdim. Beynəlxalq Coğrafiya Olimpiadasında (iGeo) ilk dəfə 2015-ci ildə müşahidəçi kimi iştirak etmişik. 2016-cı ildə isə ilk dəfə komanda ilə iştirak etdik. Coğrafiyadan ilk beynəlxalq uğurumuz isə 2020-ci ildə oldu. İlk dəfə məktəblilərimizdən Mustafa Bayramlı və Hüseyn Hüseynli Avropa Coğrafiya olimpiadasından ölkəmizə iki bürünc medal gətirmişdilər. Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq dərslərini Təhsil nazirliyi maliyyələşdirir. Bu səbəblə hazırlıq dərsləri şagirdlər üçün ödənişsizdir. Hazırlıq dərsləri mövcud şərait ilə əlaqədar onlayn şəkildə teams platforması üzərindən keçirilir (https://teams.microsoft.com/l/team/19%3a6b90527b26124c5689731ae9ba6b5866%40thread.tacv2/conversations?groupId=4159e131-9c37-49ac-8fff-f697648da484&tenantId=14fc0a60-1070-4142-9f31-1b94187a961f). Dərslər şənbə günləri saat 9:00-11:00 iyul ayınadək davam edəcək. Dərslər beynəlxalq coğrafiya kurikulumuna əsasən Azərbaycan və ingilis dillərində keçirilir. Hazırlıq dərslərinə qatılmaq istəyən, coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdlər əvvəlcədən qeydiyyat forumunu (https://forms.gle/sxTwzWEEmDgKXhv89) doldurmalıdırlar. Dərslər üçün şagirdlərin teams platformasında virtual.edu.az-dan qeydiyyatdan keçib və @studen.edu.az id-ni əldə etməlidirlər. Hazırlıq dərsləri Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində həyata keçirilir. Layihənin həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu, Bakı Dövlət Univetsiteti Coğrafiya Fakültəsi və Fortis Academy-nin (https://www.facebook.com/fortisacademyy/) böyük dəstəyi var. Məqsəd, coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdləri aşkar etmək və onları Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) və Avropa Coğrafiya olimpiadasına (eGeo) hazırlamaqdır. Hazırlıq dərslərinə qatılan şagirdlərin içərisində ötən illərin Respublika Fənn olimpiadasının qalibləri də var. Hazırlıqlar ilə bağlı bütün məlumatları rəsmi facebook (https://www.facebook.com/groups/1660060690947078) və instagram (https://www.instagram.com/igeo.az/) üzərindən izləyə bilərsiniz. Beynəlxalq coğrafiya olimpiadasında iştirak edən şagirdlər 16-19 yaş, Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlər aşağı yaş qrupu üçün 12-15 yaş, yuxarı yaş qrupu üçün isə 16-19 yaş tələb olunur. ![]() |
|