ACC ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDIBLƏR
Aprelin 26-da Azərbaycan Coğrafiya Cəmiyyətinin əməkdaşları coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova, kiçik elmi işçi Turanə Hüseynova və Bəyimxanım Hüseynova Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı inkişaf məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.
Z.Eminov, B.Hüseynova “Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri”, H.Tahirova “Azərbaycanda kənd əhalisinin yaş strukturunu formalaşdıran demoqrafik amillər”, E. Bədəlov “Azərbaycanın şəhər yerlərində davamlı insan inkişafının demoqrafik aspektləri”, T.Huseynova “Dağlıq-Şirvan iqtisadi rayonunda sosial xidmət sahələrinin ərazi təşkili və inkişafı” adlı məruzələrlə çıxış etmişlər.
 10826
|
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
|