COĞRAFİYAÇILAR BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
Aprelin 26-da coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova, Turanə Hüseynova və Bəyimxanım Hüseynova Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı inkişaf məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.
Z.Eminov, B.Hüseynova “Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri”, H.Tahirova “Azərbaycanda kənd əhalisinin yaş strukturunu formalaşdıran demoqrafik amillər”, E. Bədəlov “Azərbaycanın şəhər yerlərində davamlı insan inkişafının demoqrafik aspektləri”, T.Huseynova “Dağlıq-Şirvan iqtisadi rayonunda sosial xidmət sahələrinin ərazi təşkili və inkişafı” adlı məruzələrlə çıxış etmişlər.


 10827
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|