ACC ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDIBLƏR

Aprelin 26-da Azərbaycan Coğrafiya Cəmiyyətinin əməkdaşları coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova,  kiçik elmi işçi Turanə Hüseynova və Bəyimxanım Hüseynova  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı  inkişaf məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.

Z.Eminov, B.Hüseynova “Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri”, H.Tahirova “Azərbaycanda kənd əhalisinin yaş strukturunu formalaşdıran demoqrafik amillər”, E. Bədəlov  “Azərbaycanın  şəhər  yerlərində  davamlı  insan inkişafının demoqrafik aspektləri”, T.Huseynova  “Dağlıq-Şirvan iqtisadi rayonunda sosial xidmət sahələrinin ərazi təşkili və inkişafı” adlı məruzələrlə çıxış etmişlər.

 

860
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
ОТПРАВИТЬ ПРЕДЛОЖЕНИЕ
ПОЗНАЙ АЗЕРБАЙДЖАН

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Национальная академия наук Азербайджана Институт Географии Азербайджанская национальная библиотека GoMap National Geographic