ƏMƏKDAŞIMIZ AMEA RH VƏ AHİK-IN BIRGƏ MÜSABIQƏSININ QALIBI OLMUŞDUR.

Kiçik elmi işçi Züleyxa Eyyubova ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsinin qalibi olmuşdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanlarının yaradılması olub.
46 gənc alimin iştirak etdiyi, 14-nün mükafatlandırıldığı müsabiqənin nəticələrinə görə Z.Eyyubova həvəsləndirici mükafata layiq görülüb. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib  8594
|
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
|