ƏMƏKDAŞIMIZ AMEA RH VƏ AHİK-İN BİRGƏ MÜSABİQƏSİNİN QALİBİ OLMUŞDUR.

Kiçik elmi işçi Züleyxa Eyyubova  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsinin qalibi olmuşdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanlarının yaradılması olub.

46 gənc alimin iştirak etdiyi, 14-nün mükafatlandırıldığı müsabiqənin nəticələrinə görə Z.Eyyubova  həvəsləndirici mükafata  layiq görülüb. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib
4076
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic