AKADEMIK R. MƏMMƏDOV TBILISIDƏ KEÇIRILƏN BEYNƏLXALQ GÖRÜŞDƏ BIRGƏ ELMI TƏDQIQAT IŞININ APARILMASI TƏKLIFI ILƏ ÇIXIŞ EDIB
Akademik Ramiz Məmmədov sentyabrın 11-12-də Gürcüstanın Tbilisi şəhərində NASA-nın Elm bölməsinin “Qafqaz regionunda landşaft dinamikası və bitki örtüyü” üzrə ekspert qrupunun təşkil etdiyi “Qafqazda landşaftların uzun müddətli deqradasiyası” layihəsi üzrə tanışlıq görüşündə iştirak etmiş, iclasa həmsədrlik etmişdir.
Tədbirdə Azərbaycanla yanaşı Rusiya, İran, Gürcüstan, Türkiyə və Ermənistan nümayəndələri də iştirak etmişlər. Müzakirə edilən əsas mövzu Qafqazda bitki və torpaq örtüyünün və biomüxtəlifliyin mühafizəsi, meşə sahələrinin bərpası və s. olmuşdur.
Akademik R.Məmmədov tədbirdə “Azərbaycan landşaftlarının dinamikası və səhralaşma intensivliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Onun təklifinə görə görüşdə iştirak edən ölkələrin iştirakı ilə ilkin variantda “Kür hövzəsi bitki və torpaq örtüyünün, biomüxtəlifliyin qorunması və bərpası” mövzusunda birgə elmi tədqiqat işinin aparılması qərara alınmışdır.  8546
|
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
|