AKADEMİK R. MƏMMƏDOV TBİLİSİDƏ KEÇİRİLƏN BEYNƏLXALQ GÖRÜŞDƏ BİRGƏ ELMİ TƏDQİQAT İŞİNİN APARILMASI TƏKLİFİ İLƏ ÇIXIŞ EDİB

Akademik Ramiz Məmmədov sentyabrın 11-12-də Gürcüstanın Tbilisi şəhərində NASA-nın Elm bölməsinin  “Qafqaz regionunda landşaft dinamikası və bitki örtüyü” üzrə ekspert qrupunun təşkil etdiyi “Qafqazda landşaftların uzun müddətli deqradasiyası” layihəsi üzrə tanışlıq görüşündə iştirak etmiş, iclasa həmsədrlik etmişdir.

Tədbirdə Azərbaycanla yanaşı Rusiya, İran, Gürcüstan, Türkiyə və Ermənistan nümayəndələri də iştirak etmişlər. Müzakirə edilən əsas mövzu Qafqazda bitki və torpaq örtüyünün və biomüxtəlifliyin mühafizəsi, meşə sahələrinin bərpası və s. olmuşdur.

Akademik R.Məmmədov tədbirdə “Azərbaycan landşaftlarının dinamikası və səhralaşma intensivliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Onun təklifinə görə görüşdə iştirak edən ölkələrin iştirakı ilə ilkin variantda “Kür hövzəsi  bitki və torpaq örtüyünün, biomüxtəlifliyin qorunması və bərpası” mövzusunda birgə elmi tədqiqat işinin aparılması qərara alınmışdır.

4016
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic