ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONU

İqtisadi-coğrafi rayonun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala inzibati rayonları daxildir. Şəki-Zaqatala Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamaclarında və Qanıx-Əyriçay vadisində yerləşir. Sahəsi 8,96 min km2 –dır və ölkə ərazisinin 10,3%-ni əhatə edir. İqtisadi rayonda əhalinin sayı 581,7 min nəfər, o cümlədən şəhər əhalisi 160,7 min nəfərdir. Ölkə əhalisinin 5,7%-i burada yaşayır. Urbanizasiya səviyyəsi 27,6% (2012). Əhali əsasən dağətəyi ərazidə yaşayır. İqtisadi rayonun ərazisi faydalı qazıntılarla zəngindir. Qafqazın iri polimetal yataqlarından biri olan Filizçay burada yerləşir. Meşələr ərazinin 27%-ni örtür, əsas hissəsi Balakən və Zaqatala rayonlarının payına düşür. Çaylarda baş verən sel hadisələri ciddi problemlər yaradır. Burada ölkənin seysmik cəhətdən fəal olan zonalarına daxildir. Kənd təsərrüfatının əsasını taxılçılıq, tütünçülük, qərzəkli meyvəçilik, tərəvəzçilik, üzümçülük təşkil edir, çay, kartof, çəltik, günəbaxan, qızılgül becərilir. Sənaye zəif inkişaf etmişdir, kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Yeyinti sənayesində bağçılıq, tütünçülük və heyvandarlıq məhsulları emal olunur. Yüngül sənayenin əsasını Şəkidə olan müəssisələr təşkil edir. Tütünçülüyün inkişafı və əvvəllər fəaliyyət göstərən (Şəki, Qəbələ, Balakən və Zaqatala) tütün-fermentasiya zavodlarının bərpası zəruridir. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu mənzərəli təbiətinə görə ölkənin mühüm istirahət-turizm regionlarından biridir. Qəbələdə böyük istirahət-turizm mərkəzləri fəaliyyət göstərir. Yevlax-Balakən dəmir və avtomobil yollarından istifadə olunur. Dəmir yolu xətti 1986-cı ildə istifadəyə verilmişdir. Zaqatala və Qəbələdə son vaxtlar hava limanları tikilmişdir, Şəkidə də aeroport vardır
6034
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic