İran üzrə bəzi akademik ekspertlərin Xəzərdən səhraya su köçürülməsi üçün kanalın yaradılması haqqındakı (Dasht-e Kavir) qeyri-professional şərhləri dünyanın ən iri gölünü "öldürmək" demək deyilmi?
Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışdır. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır.