QIRMIZI KİTAB

“Qırmızı kitab” məhvolma təhlükəsi olan heyvan, bitki və göbələk növləri haqqında məlumatların toplandığı kitabdır. "Qırmızı kitab"lar miqyasına görə beynəlxalq, milli və regional ola bilərlər.
 
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (International Union for Conservation of Nature and Natural Resources) “Qırmızı siyahı”ya düşən canlıları aşağıdakı kateqoriyalar əsasında təsnifatını vermişdir:

Extinct (EX) – (Nəsli kəsilmiş)
Extinct in the Wild (EW) – (Vəhşi təbiətdə mövcud olmayan)
Critically Endangered (CR) – (Son həddə çatmışlar)
Endangered (EN) – (Nəsli kəsilmə təhlükəsi olanlar)
Vulnerable (VU) – (Həssas növlər)
Near Threatened (NT) – (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)
Least Concern (LC) – (ən az narahatlıq doğuran)
Data Deficient (DD) – (Haqqında məlumat çatışmamazlığı olanlar)
Not Evaluated (NE) – (Qiymətləndirilməmişlər)
 
Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 növ heyvanın adı daxil edilmişdir
 
Bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, ölkəmizin ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

 Xalq qəzeti.- 2009.- 3 sentyabr.- S. 12.
 
 
Azərbaycan Qırmızı Kitabı
 
Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Azərbaycan Respublikasınn “Qırmızı Kitabı”na düşmüş nadir bitki və heyvanlar bunlardır:

 
Qırmızı kitaba düşmüş bitkilər

Hirkan şümşadı
Dəmirağac
Şabalıdyarpaq palıd
Hirkan ənciri
Hirkan armudu (Pyrus hyrcana)
Xəzər lələyi
İkək akasiyası
Qafqaz xurması
Ürəkyarpaqlı qızılağac
Budaqlı danaya
Hirkan bigəvəri
Eldar şamı
Qafqaz rododendron
Çoban sarmaşığı
Laqodex acıçiçəyi
Təmiz kladoxeta
Qaraçöhrə
Şərg çinarı
Qafqaz xədicəgülü
Məxməri gərməşov
Naxçıvan gəvəni
Araz palıdı
Xəzər zəfəranı
Su zanbağı
Qafqaz dəmirağacı
 
Qırmızı kitaba düşmüş heyvanlar

Talış qırqovulu
Hirkan arıquşu
Qara leylək
Qıvrımlələk qutan
Mərmər cürə
Ağquyruq Dəniz qartalı
Məzar qartalı
Berkut
Laçın
Turac
Forel balığı
Təkə
Köpgər (qaranaca)
Muflon
Qagqaz tetrası
Qagqaz uları
Çöl qartalı
Ardıc ağıriyli
Şahin
Toğlugötürən
Çəhrayı qutan
Bəzgək
Dovdaq
Sultan toyuğu
Ərsindimdik
Qızılqaz
Qırmızıdöş qaz
Fısıldayan qu
Kiçik qu
Ceyran
Çökəkburun cüllüt
Ağquyruq çökəkburun
Çöl haçaquyruq cüllütü
Turan pələngi
Göl pişiyi
Ön Asiya bəbiri
Zaqafqaziya dağ qoyunu
Zaqafqaziya bezoar keçisi
Zaqafqaziya qonur ayısı
Zolaqlı kaftar
Vaşaq
Manul pişiyi
Adi uzunqanad
Cənub nalburnu
Enliqulaq bükükdodaq
Sarıqlı safsar
Suriya sarımsaq qurbağası
Adi triton
Daraqlı triton
Adi (boz) quru qurbağası
Kiçik Asiya gürzəsi
Eskilon ilan
Zaqafqaziya təlxəsi
Aralıq dənizi tısbağası
Xarabalıq kələzi
Qızılı mabuya
Zolaqlı çılpaqgöz
Ox-ilan
Zaqafqaziya takır girdəbaşı
Ağ durna
Baloban
Toğlugötürən
Şahin
Cek
Çay qaraquşu
İncədimdik kronşnep (əyridimdik)
İlanyeyən
Xəzər uları
Tetraçalan
Türküstan tüviki
Qaraqarın bağrıqara
Ağboğaz bülbül
Səhra qar quşu
Dağ keçisi

 
 
http://azerbaijans.com/
43878
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic