COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS KOMPONENTLƏRİ

Məkan məlumatlarının modelləşdirilməsi üçün CİS-in aşağıdakı komponentləri vardır:
1. İnsanlar
2. Verilənlər (data)
3. Proqram təminatı (software)
4. Aparat təminatı (hardware)
5. Təhlil
 
İnsanlar komponenti CİS-də insanların rolunu aşağıdakı kateqoriyalara bölmək olar.
  • Xəritə istifadəçisi (map user). İStifadəçi CİS-in son istehlakçısı olmaqla, xəritədən ümumi və ya konkret məqsədlər üçün istifadə edir.
  • Xəritə yaradan (map builder) Yaradıcı, konkret məqsədə xidmət edəcək xəritəni yaratmaq üçün müxtəlif mənbələrdən əldə etdiyi xəritə qatlarından istifadə edir və ya məlumatlar əlavə edir.
  • Xəritəni nəşr edən (map publisher). Bu işlər əsasən yüksək keyfiyyətli kartoqrafiya məhsullarının yaradılmasını nəzərdə tutur.
  • Verilənləri (məlumatlar bazasını) yaradanlar (data builder). Buraya müxtəlif redaktor üsullarından istifadə etməklə coğrafi verilənlərin daxil edilməsi aiddir.
  • Verilənlər bazasının inzibatçısı (database adminstrator). İnzibatçı, CİS-in verilənlər bazasını idarə edir.
  • Verilənlər bazasının layihəçisi (database designer). Məntiqi model qurur və verilənlər bazasının layihəsini fiziki cəhətdən reallaşdırır.
  • Sistemi işə hazırlayan (developer). Bu işlə məşğul olan mütəxəssislər CİS-in proqram təminatını, istifadəçinin konkret tələbatına və məqsədinə görə uyğunlaşdırır.
Verilənlər komponenti. Praktik olaraq CİS məkan (fəza) xarakterli istənilən məlumatlar üzərində əməliyyat aparmağa qadirdirlər. Bu cür informasiyalar çox müxtəlif olurlar. Məs. aero və ya kosmik şəkillər, şəhər ərazisinin rəqəmsal xəritəsi, daşınmaz əmlakın reyestri və s.
Analiz (təhlil) komponenti. CİS sahəsində çalışan mütəxəssislər funksiyalarından, proseduralardan və qiymətləndirmədən istifadə edirlər. Misal üçün
  • Məkan konteksinə aid olan sahələr. Məs. ekologiya, hidrologiya, meteorologiya və s.;
  • Verilənlərin dəqiqliyini, keyfiyyətini təmin edən prosedur;
  • Poliqonal topologiya və ya xətti şəbəkədə məkan məsələlərinin həllini təmin edən alqoritmlər;
  • Yüksək keyfiyyətli xəritə yaratmaq üçün kartoqrafiya dizaynı prinsiplərinin təmin olunması.
Aparat təminatı komponenti öz növbəsində hissələrə bölünür:
  • Kompüterlər
  • Verilənləri saxlamaq üçün vasitələr (vinçesterlər, kompakt disklər və s.)
  • İnformasiyanı daxil etmək üçün avadanlıq (digitayzer, skayner, rəqəmsal kameralar və s)
  • İnformasiyanın çıxışı üçün avadanlıqlar (printer, plotter və s.)
Proqram təminatı. CİS proqram təminatının əsas mahiyyəti ondan ibarətdir ki, bu proqram təminatı coğrafi verilənlər bazasının idarəetmə sistemi funksiyasını yerinə yetirir. CİS-in proqram təminatının əsas funksiyaları:
1. Sadə və mürəkkəb xəritələrin yaradılması üçün infrastruktur;
2. Xəritə laylarının təsvirini təmin edən vasitələr;
3. Coğrafi obyektlərin bazadan tez tapılmasını tez təmin edən vasitələr;
4. Obyektlərin yaxınlığını, uzaqlığını, bitişik olmasını müəyyən etmək üçün operator dəsti;
5. Məkan sorğularını yerinə yetirən çoxsaylı alətlər;
6. İş axınını idarə edən sistem (workflow). Bu sistemin köməyi ilə çoxlu istifadəçi eyni zamanda coğrafi verilənlər bazası ilə işləyə bilərlər.
 
 
Mənbə: “Coğrafi İnformasiya Sisitemləri”, A.Mehdiyev, A.İsmayılov, Bakı - 2011
5817
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic