ŞİMAL BUZLU OKEANI

Şimal Buzlu okeanı dünyada ən kiçik və ən dayaz okeandır. Sahəsi 14,056,000 km2-dir. Avrasiya və Şimali Amerika materikləri ilə əhatə olunub. Sahil xəttinin uzunluğu 45,390 km-dir. Sakit okeanla əlaqəsi Berinq boğazı vasitəsilədir.
Okean Şimal qütbündə yerləşdiyindən bütün coğrafi uzunluqları özündə birləşdirir.
Şimal Buzlu Okeanında bir çox dənizlər vardır. Çukot, Baffin, Kara, Norveç, Barens, Laptevlər, Bofort, Ağ dəniz və s.

Ən böyük adaları Kanada-Arklika arxipelaqı(Baffin torpağı, Viktoriya, Elsmir, Devon), Qrelandiya, Şpitsbergen, Novaya Zemlya, Severnaya Zemlya, Vrangel, Novosibirsk, və s-dir.

Okeanın dibinin relyefi mürəkkəbdir. Mendeleyev, Lomonosov, Hekkel silsilələri Makarov, Kanada, Nansen, Amudsen çökəkliklərini bir-birindən ayırır.

Okeanın qütb mövqeyi ilə əlaqədar olaraq Şimal Buzlu okeanı üzərində soyuq iqlim şəraiti yaranır. Buxarlanmanın çox zəif getməsi ilə əlaqədar olaraq bu okean suyun böyük dövranında daha zəif iştirak edir. Yüksək atmosfer sahəsinin mövcudluğu, temperaturun aşağı olması Şimal Buzlu okeanı üzərində kontinental Arktik hava kütləsinin formalaşmasına səbəb olur.  Ümumilikdə okeanda iki iqlim qurşağı var: Arktika ilə Subarktika. Soyuq hava kütlələri il boyu hakim olur. Buzun qalınlığı 3-5 metrə çatır. Okeanın üzərində temperatur qışda -200 C-dən -400 C-dək, yayda isə 00 C-yə yaxın olur. Suyun orta duzluluğu 32-33 ‰-dir.

Üzvi aləm digər okeanlara nisbətən kasıbdır. Balıqlar, balina, suiti, morj, ağ ayılar okeanda yaşayrlar. 


 
       

   

   
 
 
53836
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic