BAŞ REDAKTORDAN

Müasir mərhələdə qloballaşma meyillərinin güc­lən­­məsi, milli özünüdərklə yanaşı, iqtisadi inteq­ra­siya­­nın daha da dərinləşməsi müxtəlif elm sa­hə­lə­ri arasında əlaqələrin və elmi-texniki informasiya mübadiləsinin ge­nişlənməsini tələb edir. Elmi kəşf­lər, yeniliklər, nailiy­yət­lər, ixtiralar o zaman uğurlu olur ki, tədqiqatçı özünə qə­dər elmin əldə etdiyi uğur­ları dərindən öyrənsin və dərk etsin, elmi biliyə çevir­sin. Qeyd etmək lazımdır ki, müxtəlif elmlərin nailiy­yət­lərini birləşdirmək və sintez etmək missiyası əsasən coğ­rafiya elminin pa­yı­na düş­müş­dür. Hazırda elmin əsaslarının öyrənilməsi ki­tablar, monoqrafiyalar, dövri mətbuat orqan­ları və ən nə­ha­yət, informasiya texnologiyaları vasitəsilə hə­yata ke­çi­ri­lir. Alimlər və mütəxəssislər arasında əlaqə­lə­rin qu­rul­­masında qeyd olunanların, xüsusilə elmi-tədqiqatların əks­olun­duğu dövri mətbuat orqan­la­rı­nın əvəzsiz rolu vardır.

Coğrafiya elmi artıq çoxdan özünün təsvir funksi­ya­sını başa vurmuş, təbiətin və təbii pro­ses­lə­rin, ayrılıqda və qar­şılıqlı inkişaf qanu­na­uy­ğun­luq­larını öyrənən funda­mental və həm də tətbiqi elmə çevrilmişdir. Hazırda iqti­sadiyyatın və sosial həya­tın elə bir sahəsi yoxdur ki, coğ­rafi məlu­mat­lara eh­ti­yac duyulmasın və coğrafiya elmi­nin nai­liy­yət­lə­rin­dən istifadə edilməsin. Əsasən təbii eh­tiyatlar və onlardan sə­mərəli istifadə, istehsalın yerləşdi­ril­mə­si, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi prob­lemlərini öyrənən bu elm Azərbaycanda onun təbii və iqtisadi xüsusiyyətlərinə mü­va­fiq isti­qa­mə­t­də inkişaf etdirilir.

Azərbaycanda coğrafiya elmi üzrə ardıcıl və sis­tem­li təd­qi­qatların başlanması məhz XX əsrin bi­rinci ya­rı­sına təsa­düf edir. Belə ki, hələ 1937-ci ildə SSRİ EA Azər­baycan Filialının tərkibində Coğrafiya Sektoru yara­nır və bununla da keçmiş SSRİ və dün­ya elmi miq­ya­sın­da özünəməxsus yeri olan Azər­baycan coğrafiya mək­tə­bi­nin əsası qoyulur. Maraq­lıdır ki, Coğrafiya Sektoru hə­lə 1925-ci ildə Azər­baycan So­vet Sosialist Respub­li­ka­sı­ Mərkəzi İcraiyyə Komitəsinin res­pub­likanın təbii ehti­­yat­la­rı­nın öyrənilməsi və rayon­laş­dı­rılması haqqında ver­di­yi qərar əsasında yaradılmışdır, yəni bu elm nəzəri əsasları ilə yanaşı, həm də real və praktikdir. Yuxarıda gös­­tərilən ildən bəri Azərbaycanın coğraf alimləri və mütə­xəs­­sis­ləri tərəfindən bu ölkənin coğrafiası və təbii re­surs­la­rına, ekologiyasına aid çoxlu sayda ki­tab və monoqrafiyalar, min­lərlə məqalələr yazılma­sı­na baxmayaraq, indiyə qədər Azər­bay­canda elmin bu sahəsinin özünün dövri mətbuat orqanı ol­mamışdır.

Bu cəhətdən Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütə­xəs­sis­lə­rin ən yeni elmi na­iliyyətlərini özündə əksetdirən, Azərbaycan Coğ­rafiya Cə­miy­yəti və AMEA akademik  H.Ə.Əli­yev adına Coğ­rafiya İns­­ti­tutunun birgə təşəbbüsü ilə yeni nəşrə başlayan “Coğ­ra­fi­ya və təbii resurslar” elmi-metodiki  jurnalının işıq üzü gör­məsini ciddi addım say­maq olar. Jurnal Azər­bay­can alim­­lərinin əldə etdiyi uğur­ların ölkə daxilində və ölkədən kə­nar alim və mütə­xəs­sislər arasında ya­yılmasına və elmi əla­qələrin güc­lən­məsinə kömək edəcəkdir. Jurnalın re­dak­si­ya heyətinə AMEA alim­lə­ri ilə yanaşı, respublikamızın uni­ver­­­si­tet­lərində çalışan tanınmış tədqiqatçılar və pedaqoqlar cəlb edilmişdir. Jurnalda məqalələrin dərc olunmasına qoyul­muş tələblər bey­­nəlxalq standartlara uyğunlaşdırılmışdır. Gələ­cəkdə jur­nalın redaksiya heyətinə görkəmli xarici öl­kə alimlərinin də cəlb edil­məsi nəzərdə tutul­muş­dur. Jurnala coğ­ra­fi­ya elminin bütün sa­hələrinə − landşaftşünaslıq, geo­morfologiya və pa­leo­coğrafiya, iqlimşünaslıq, hidro­logiya, torpaq coğ­ra­fi­­yası, biocoğrafiya və ekocoğrafiya, iqtisadi və so­si­al coğ­rafiya ilə yanaşı, Xəzər dənizinin coğrafi prob­lemləri, coğrafi təhsil və dünyagörüşünə aid bölmələr daxil  edilmişdir. Nəşrdə yubi­leylər və konfranslar haqqında bil­gilər də yer almışdır. Çap olunacaq məqalələrdə, əsas tələb kimi, elmi cəhətdən novatorluğa, müasir yanaşmalara, elmi yeniliyə üstünlük veriləcəkdir. Coğ­ra­fi­yanın ali və orta mək­təblərdə tədrisinin mü­asir­lə­ş­di­rilməsi, coğrafi infor­masiya texnologiyalarının tətbiqi, təhsilin müxtəlif səviy­yələrində subyektlərə çatdı­rı­lacaq biliyin məzmun və səviy­yə­sininin müəyyən edil­məsi də diqqət mərkəzində olacaqdır.

İnanırıq ki, yenicə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalı coğrafi təbəqəni müxtəlif as­pektlərdən təd­qiq edən alimlərin, tədrisin müxtəlif pillələrində çalışan mü­əllim və mütəxəssislərin, el­mi ye­ni­li­klərin istehsalatda tət­bi­qində maraqlı olan iş adam­larının və geniş oxucu kütləsinin böyük marağına sə­bəb ola­caqdır. Jurnalın əsas missiya­la­rı­n­dan biri də vətəndaşlarımızı Yer kürəsi və Azərbaycan coğ­ra­­fi­ya­sı haq­qın­da biliklərlə maar­if­ləndirməkdir.

“Coğrafiya və təbii resurslar” jurnalının ilk sayının işıq üzü görməsi münasibətilə Azərbaycanın coğra­fiyası, eko­­lologiya və təbii resursları ilə məş­ğul olan alim və mütə­xəssisləri, ümumtəhsil məktəblərində coğrafiya fənnini tədris edən müəllimləri təbrik edir, onları jurnalın ardıcıl və ma­raqlı çıxmasında fəallıq göstərməyə çağırır, jur­na­la isə uzun­ömür­lülük və uğurlar diləyirəm!
 
Akademik R.M.Məmmədov
13682
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic