AZƏRBAYCANDA KƏND ƏHALİSİNİN TƏBİİ ARTIMININ İNKİŞAF MEYİLLƏRİ VƏ NİZAMLANMASI İSTİQAMƏTLƏRİ

Z.N.Eminov
 

Uzun illər ərzində respublikada əhalinin sayının əsas artım mənbəyi kəndlərdə təbii artımın yüksək səviyyəsi olmuşdur. XX əsrin 60-cı illərində onun kəmiyyətinin yüksək olması kənd əhalisinin sayının yüksək templə artımını təmin etməklə yanaşı, şəhərlərə də miqrasiya axını çox olmuş, onların işçi qüvvəsi ilə təminatı həll edilmişdir.

Sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində əhalinin maddi vəziyyətinin ağırlaşması təbii artımın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxartdı. Buna görə şəhərlər əhalinin əsas artım mənbəyindən məhrum olmaqla yanaşı, kəndlərdə də əhalinin sayı zəif templə artır.

Eyni zamanda, doğumun cins tərkibinin pozulması ümumi əhalinin cins tərkibinin də pozul­masına gətirib çıxarır. Ona görə kəndlərdə demoqrafik vəziyyətin nizamlanmasına ehtiyac vardır.

13380
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic