MÜASİR MƏRHƏLƏDƏ AZƏRBAYCANIN ŞƏHƏR ƏHALİSİNİN SAYININ DİNAMİKASI

V.Ə.Əfəndiyev
 
Şəhərlərin inkişafı, şəhər əhalisinin sayı və urbanizasiya səviyyəsi ölkənin inkişafının əsas göstəricilərindən biridir. Şəhər əhalisinin sayının artmasına onun iqtisadi və sosial-mədəni bazası, yeni iş yerlərinin yaradılması imkanları, təsərrüfat strukturu və burada əməktutumlu sahələrin rolu təsir göstərir.
 
Müstəqilliyin ilk illərində şəhərlərin təsərrüfat obyektlərinin fəaliyyətində baş verən geriləmələr, iş yerlərinin azalması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və miqrasiya axınları bu prosesə də öz mənfi təsirini göstərmişdir. Ona görə bir neçə onillik ərzində ölkədə urbanizasiya səviyyəsi dəyişilməz olaraq qalmışdır. Həyata keçirilən islahatlar bu prosesə hələlik zəif təsir göstərir. Məqalədə bu sahədə yaranan problemlər araşdırılmış, onların aradan qaldırılması isti­qamətində təkliflər işlənib hazırlanmışdır.
5515
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic