ALLAH XALİD MÜƏLLİMƏ RƏHMƏT ELƏSİN!

01 İyun 2016

2016-cı il mayın 29-da coğrafiyaçı alim, geomorfoloq, elmdə xidmətlərinə görə Dövlət mükafatına - “Tərəqqi medalına” layiq görülmüş, Azərbaycan Coğrafiya Cəmiyyəti idarə heyətinin üzvü, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru TANRIVERDİYEV XALİD KAZIM OĞLU  vəfat etmişdir.
Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan Respublikası Marneuli (Borçalı) rayonunun Böyük Muğanlı kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə “Həkəri çayı hövzəsinin geomorfologiyası” mövzusunda namizədlik,  1994-cü ildə isə “Kür dağarası çökəkliyinin Son Kaynazoyda paleogeomorfologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bununla da Azərbaycanda  paleocoğrafi təkamülün dinamikası haqqında elmin əsasını qoymuşdur. Ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, mofostruktur təhlil, yeni tektonik hərəkətlərin geomorfoloji metodla öyrənilməsi, müasir ekogeomorfologiya, o cümlədən geomorfologiyanın nəzəri və təcrübi məsələlərinin sistemli tədqiqatçısıdır. 170-dən çox elmi əsərin, monoqrafiya və metodik vəsaitin müəllifidir.
X.K.Tanrıverdiyev Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur.   O, uzun müddət BDU-nun Coğrafiya fakültəsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri  olmuşdur.
Allah Xalid müəllimə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun!
 

 

18649
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic