PORTUQAL DƏNİZ SƏYYAHLARI VƏ ATLANTİK OKEANINDAKI CƏRƏYANLAR - I HİSSƏ

Əsl dənizçı, peşəkar şturman əvvəlki səyahətlərdən nəticə çıxarmalıdır. Əgər, Duarti Paşeku Pireyra Kanar və Şimali-Passat cərəyanlarından istifadə etsəydi, onda o da Ferdinand van Olmenin səhvini təkrarlaya bilərdi. Onun bəxti gətirir ki, yola düşməmişdən əvvəl Şimal yarımkürəsində qış fəsli idi. Bunun üçün qasırğaların əhatəsinə düşməməkdən ötrü alternativ cərəyandan istifadə edilməsi məqbul sayılırdı. Həm də elə etmək lazım idi ki, onlar yolda ispan bayrağı altında üzən gəmilərlə üzləşməsinlər.  
Okeanın ortasında qərb istiqamətində hərəkət etmək üçün ən münasib cərəyan Cənubi Passat sayılır. Ona görə ki, təxminən Qvineya körfəzi sahillərində, 10 ş. en dairəsindən 20-20 30/c. en dairəsi akvatoriyasında başlanan cərəyan (həmin yerdə cərəyanın eni 300-350 km-dir) qərbə uzandıqca enniləşir. Getdikcə enniləşən okean çayı Palma burnu meridianında 20 ş. en dairəsindən, hətta bir qədər artıq 50 c. en dairəsini əhatə edir. 100 qərb uzunluğunda isə cərəyanın eni 80-90 (800-900 km.) olur. Ferro adasının meridianından bir qədər qərbdə cərəyandan şimal-qərb istiqamətində qol ayrılır və onun eni 200, bəzi yerlərdə isə 300 ş. en dairəsinin sərhədinə kimi uzanır. Cənubi Passat cərəyanının özü isə Braziliya sahillərində San-Roka burnu yaxınlığında iki qola – şimala doğru Karib dənizi hövzəsinə qədər hərəkət edən Qviana və cənuba doğru Cənub Kü
ləklərinə qədər uzanan Braziliya cərəynına ayrılır.
Maraqlıdır ki, Afrikadan Cənubi Amerika sahillərinə kimi üz tutan bu cərəyanın sürəti stabil deyil: başlanğıcında sürət bir günə 4-5 km. edir, Palma burnu meridianında (yayda) bəzən 8-12 km., 100 qərb uz. 6 km-ə enir, lakin 11 km-ə qədər arta bilir.
 
    
                                            Atlantik okeanında fəaliyyət göstərən cərəyanlar
 
Çox güman ki, Duarti Pireyra Qvineya sahillərinin girişinə yaxın bir yerdə Cənubi-Passat cərəyanına daxil olmuş və Braziliya sahillərinə doğru kurs götürmüşdü. O, istədi-istəmədi güçlü və böyük okean çayı ekspedisiyanı nəzərdə tutulan məntəqəyə aparıb çıxarır. Pireyra bir xəritəşünas kimi həmin sahil zolağının konturlarını çəkir, oranın enlik və uzunluq koordinatlarını müəyyənləşdirir. Artıq vaxt itirmədən geriyə qayıdır. Tələskənlik başlanan işin axıra çatdırılmasına imkan vermir.
 
                                               
                                            Duarti Paşeku Pireyra (1469-1533)
 
Mənim fikirimcə, portuqal kralı kral II Juan məxfi saxlanılan həmin ekspedisiyanı okeanın qərb hissəsinə göndərəndə, əsas tapşırıqlardan biri o idi ki, elə ki, onlara hava-su kimi lazım olan torpaq aşkarlandı, dənizçilər vaxt itirmədən şad xəbərlə vətənə qayıtmalıydılar. Hadisələrin gedişatını təsəvvür edəndə, demək olar ki, elə də olur. Ekspedisiya üzvləri orada su ehtiyatı əldə edən və gəmini təmir edən zaman bir aya yaxın vaxt itirə bilərdilər. Məhz buna görə də təməli qoyulan səhv altı ildən sonra Pedru Alvareş Kabralın səyahəti zamanı bir daha təkrarlanır.
Həmin səhv nədən ibarət idi? Kəşf olunan torpaq ərazisini tədqiq etmək vaxt itkisinə səbəb olacağından, bu kral təlimatına zidd sayılırdı. Ona görə ki, portuqal dənizçiləri torpağı kəşf edən kimi dərhal həmin sahillərdən uzaqlaşmalıydılar. Elə bu səbəbdən sahil zolağını yoxlamağa imkan tapmayan Pireyra elə zənn edir ki, qarşılaşdığı torpaq materik yox, hansısa bir adadır. Axı, Xristofor Kolumb da birinci səyahətindən geri qayıdan kimi, okeanın qərb hissəsində çoxsaylı adalar qrupunun kəşf etdiyini bəyan etmişdi. Elə Kabral da həmin əraziyə ilk dəfə qədəm qoyanda, elə bilimişdi ki, həmin ərazi böyük bir adadır.
Bütün bunlara baxmayaraq, çox güman ki, Duarti Pireyra 1494-cü ilin birinci rübündə Lissabona qayıdır. Hazırlanan hesabatda hər bir detal bütün incəliklərinə kimi yoxlanılır. Lissabondan, Afrikanın ucqar qərb sahilindən, Madeyra və Yaşıl Burun adalarından Braziliya sahillərinə kimi olan bütün məsafələr hesabatda öz əksini tapır. Ən əsas isə yenicə kəşf olunan və müəyyən vaxta qədər gizlin saxlanılacaq həmin ərazinin uzunluq koordinatları diqqət mərkəzində saxlanılırdı. Koordinatlar baxımdan mən bir neçə variantı nəzərdən keçirməli olmuşam və belə bir nəticəyə gəldim ki, Pireyra təxminən indiki San-Luis və Belen şəhərləri ərazisində 10 c. en dairəsi və 420-430 qərb uzunluğunda Braziliya sahillərinə çıxmışdı. Həmin ərazidə sahil zolağı yarıq-yarıq olduğundan, xüsusən də San-Luisin yerləşdiyi quru torpaq yarımadada yerləşdiyindən o, adalar qrupu ilə üzləşdiyini zənn edir.
Bu yerdə sual verilə bilər ki, nəyə görə mən, Duarti Pireyranın indiki San-Luisin yerləşdiyi əraziyə gəlib çıxdığını ortaya qoyuram? Mənim fərziyyəmə görə Pireyra özü üçün tanış olan Qvineya sahllərinə yaxın bir yerdə Cənubi-Passat cərəyanının vasitəsilə qərbə yola düşür və Cənubi Amerika materikinin astanasında, iki yerə bölünən Qviana və Braziliya cərəyanları ilə rastlaşır. Şimala doğru üz tutan Qviana cərəyanı Pireney yarımadasının yerləşdiyi enliklərə qalxdığından o, həmin cərəyanı seçir və təxminən 10 c. en dairəsinə kimi yol qət edir. Həm də vaxt itirməmək baxımdan oradan Avropaya qayıtmaq daha münasib idi.
Xristofor Kolumbun koordinatlar hesabatı kodlaşdırılsa da portuqallar təxmini bilirdilər ki, ispanlar 500 qərb uzunluğundan qərb istiqamətində torpaqla üzləşiblər. 1494-cü ilin əvvəlinə kimi coğrafi enlik məsələsi Duarti Pireyranı maraqlandırmırdı. Bu məsələdə iki amil mühüm rol oynayırdı. Birincisi, Alkasovas müqaviləsinə əsasən, ispanlar Şimal yarımkürəsinin 28-ci parallelindən aşağıda tədqiqat işləri apara bilməzdilər. Ona görə ki, qanun çərçivəsində həmin kəşflərin heç bir yuridik əsası olmayacaqdı. İkincisi, Pireyra kralın verdiyi tapşırığı qış fəslində icra etdiyindən ekvator xəttindən aşağısda, qərb istiqamətində hərəkət edən Cənubi-Passatdan münasib yol kimi istifadə etməyi qərara almışdı. Məhz bunun sayəsində portuqallar istədiklərinə nail olurlar. Lakin onlar ağıllarına belə gətirə bilməzdilər ki, aşkarladıqları torpaq materikdir.
 
                                                            
                                                         Xristofor Kolumb (1451-1506)
 
Artıq 6 ildən sonra portuqal kralı I Manuelin tapşırığı ilə təşkil olunan ekspedisiya, Pedru Kabralın başçılığı altında Yaşıl Burun adalarından üzü cənuba doğru hərəkət edəndə, çox güman ki, onlar Cənubi-Passat cərəyanının köməyi ilə qərbə doğru üz tutmuş, lakin materikə yaxınlaşanda bu dəfə, cənub istiqamətində hərəkət edən Braziliya cərəyanının suları ilə sahil zolağına yaxınlaşmışdılar. Bu işdə Pireyranın əməyinin əvəzsiz olduğunu zənn etsək yanılmarıq. Lakin təcrübəli dənizçilərin ekspedisiyanın tərkibində olması, həmin missiyanın məxfi saxlanmasına ziyan gətirməzdi ki? Necə olsa da Atlantikanın suları Bartolomeu Diaşa tanış idi və onun kimi peşəkar dənizçinin okeanda azmaq nağılı ilə, camaatın başını  qatmaq qeyri-mümkün iş sayılırdı. Lakin bütün bunlara baxmayaraq, Bartolomeu Diaş baş verən hiyləni dərk etsə də o, bu sirri özü ilə okeanın dibinə aparır.
Pedru Kabralın ekspedisiyasında zamanın ən təcrübəli, ən bacarıqlı, Pireney yarımadasının tanınmış dənizçiləri olan Bartolomeu Diaşla, Duarti Pireyra vardı ki, onlar gəmiləri fırtınalı havada idarə etməklə istədikləri kursdan yayına bilməzdilər. Yəni, həmin adamlar Kabraldan fərqli olaraq Atlantik okeanın şərq sularını yaxşı tanıyır və Portuqaliyanın ən nüfuzlu naviqasiya məktəbinin məzunları sayılırdılar. Həm də onlar bir-biriləri ilə yaxın dost idilər. Çünki Bartolomeu Diaş Afrikanın cənubundakı Ümid burnunu kəşf edəndən sonra Lissabona qayıdarkən yolda qəzaya uğramış Pireyranı xilas etmişdi.
 
                                                   
                                             Pedro Alvareş Kabral (1467-1520)
 
Onların arasındakı fərq ondan ibarət idi ki, Bartolomeu Diaş Afrikanın şimaldan cənubə qədər qərb sahillərini, Pireyra isə Atlantik okeanında yerləşən portuqal dənizçilərinə məlum olan ada və arxipelaqları yaxşı tanıyırdı və çətinlik çəkmədən həmin akvatoriyalarda sərbəst şəkildə üzə bilirdi. Elə okeandakı arxipelaqların və cərəyanların yerləşdiyi akvatoriyaları yaxşı tanıdığından Braziliyanın kəşf edilməsi, məhz ona tapşırılmalı idi. Ona görə tələm-tələsik hazırlanan ekspedisiya Voqado, Telles, van Olmen və digərlərinin ekspedisiyaları kimi uğursuzluğa düçar olmamalıydı.
Lakin taleyin hökmü ilə Kabralın Hindistana olan səyahəti avropalılar üçün Ümid burnunu kəşf edən Bartolomeu Diaş üçün sonuncu səyahət oldu. Tarixi qaynaqlarda göstərilir ki, ekspedisiya Braziliya sahillərini tərk edib Ümid burnuna çatanda may ayının sonunda güclü qasırğa ilə üzləşir və dörd gəmi heyət qarışıq okeanın dibinə qərq olur. Məhz həmin faciəli gündə Diaş əbədiyyata qovuşur.
Braziliyanın müəmmalı kəşfinin sirlərinə malik olan adamlardan biri ekspedisiyanın səlnaməçisi Peru Vaş Kaminya da həmin səyahətdən sağ-salamat geri qayıtmır. Hindistanın Kalikut şəhərində yerli əhali portuqalların üzərinə hücum çəkəndə, 50 nəfər ekspedisiya iştirakçısı, o cümlədən, Peru Vaş Kaminya qətlə yetirilmişdi. Əsas şahidlər Braziliyanın kəşfi ilə bağlı olan sirri özləri ilə axirət dünyasına aparırlar. Bu da Portuqal kralına sərf edirdi.
 
                                                     
                                                     Peru Vaş Kaminya (1450-1500)
 
Bir sözlə, Duarti Pireyranın sayəsində Portuqaliya krallığı nəhəng bir əraziyə sahib olurlar. Halbuki həmin ekspedisiya əvvəlki səyahətlər kimi uğursuzluqla nəticələnsəydi, onlar Atlantik okeanında kəşf etdikləri adalarla kifayətlənməliydilər.
Əllərində lazımi məlumatlar olan portuqallar, guya Braziliyanın varlığından bixəbər kimi ədalətli bölgü olsun deyə, demarkasion xəttin 500 qərb uzunluğuna qədər çəkilməsini tələb edirlər. Yerin kürə şəkilində olması sübuta yetirilmədiyindən tam əksəriyyət yer səthinin düz olmasına əmin idilər. Portuqallar yaxşı bilirdilər ki, Tordesilyas danışıqlarını önə çəkəndə, Roma papasını aldatmaq üçün məhz bu amil nəzərə alınmalı idi. Yer səthi düz olduğu üçün demarkasion xəttdən qərbdən üzü şərqə doğru yerləşən bütün ərazilər portuqallara məxsus olmalıydı.
 
                     (Ardı – “Duarti Paşeku Pireyra ilə Xristofor Kolumbun fəaliyyətləri” – adlı məqalədə)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                         
 
3053
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic