BUZLAQ EPOXALARI (ƏSRLƏRİ)

Azərbaycanın dağlıq hissələrinin iqlim dəyişmələri, buzlaşmalar bir sıra ənənəvi üsullarla öyrənilmişdir. 
Lakin bu tədqiqatlar sırasında palinoloji tədqiqat üsulu daha etibarlı üsuldur və son illərdə bu üsulla Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində formalaşan buzlaq epoxaları daha inandırıcı dəlillərlə öyrənilərək, müəyyən edilmişdir ki, bu ərazilərdə dövrüncü dövrdə dörd geniş miqyaslı buzlaq epoxaları formalaşmışdır.

Birinci buzlaq epoxası (əsri) erkən Pleystosenin əvvəlində (750 min il əvvəl) formalaşmışdır və türkən buzlaq epoxası adlanır. Alp buzlaşma sxeminin Güns buzlaşma epoxasına müvafiq gəlir. İkinci buzlaq epoxası erkən Pleystosenin ikinci yarısında formalaşmışdır və Alp buzlaq epoxasına əsasən Mindel buzlaşmasına müvafiq gəlir. Azərbaycanda üçüncü buzlaq epoxası orta Pleystosenin ikinci yarısında formalaşaraq, orta Alp buzlaq epoxasına müvafiqdir. Alp buzlaq şkalasına əsasən Ris buzlaşma epoxasına uyğun gəlir.

Nəhayət, Azərbaycanda dördüncü buzlaq epoxası xvalın əsrində (40 min il əvvəl) formalaşmışdır və ona görə də xvalın buzlaşması kimi məşhurdur və Avropa şkalasına görə Vyurm buzlaşmasına müvafiq gəlir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın dağlıq bölgələrində (2000 m-dən yuxarıda) formalaşan buzlaqlardan ən uzun müddətlisi və bol yağıntılısı ilk buzlaşma və ən qısa müddətlisi və az yağıntılısı sonuncu (xvalın) buzlaşması olmuşdur.

Buzlaq epoxalarında Böyük və Kiçik Qafqazın dağlıq bölgələrində meşənin yuxarı sərhəddi 800-1000 m aşağı düşmüşdür və meşənin yuxarı sərhəddi indikindən fərqli olaraq 1200-1400 m yüksəklikdən keçmişdir. Buzlaq epoxalarında bitki və heyvanlar aləminin tərkibində əsaslı dəyişikliklər baş vermiş, həmişə yaşıl bitkilər sıradan çıxır və onları soyuq iqlim şəraitində bitən tozağacı iynəyarpaqlar əvəz etmişdir.

Buzlaq epoxalarında heyvanlar aləminin də tərkibi ciddi dəyişmələrə məruz qalmış Savanna heyvanları məhv olmuş və onları soyuq iqlim şəraitinə uyğunlaşmış mağara ayısı, mağara şiri, mağara kaftarı, canavar və s. heyvanlar əvəz etmişdir. 
16400
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic