AZƏRBAYCANIN İQLİMİ

Azərbaycanda iqlimin müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. 
 Bu amillər 2 qrupa ayrılır. 1-ci qrupa yerli amillər, 2-ci qrupa atmosferin planetar superregional sirkulyasitası ilə bağlı olan yəni Res-ə kənardan daxil olan amillər təsir edir. Azərbaycanın iqliminə dair ilk elmi əsərlərin müəllifi Fiqurovskidir. Azərbaycan alimlərindən Qaşqay, H.Əliyev iqlim bəhsinə dair xeyli məlumatlar toplamışdır. İqlimə təsir edən amillər arasinda respublikanın coğrafi mövqeyi mühüm ter tutur.Yer səthinə günəşdən gələn radiasiyanın miqdarı İCM-dən asılıdır. İCM-in iqlim əmələ gəlməkdə tək rolu günəş radiasiyasının miqdarı və radiasiya balansını, ərazinin termik şəraitini müəyyən etməklə bitmir, həm də ərazinin planetar və regional sirkuliyasiya sistemində yerini müəyyən edir. Digər amil relyefdir.Relyef həm də iqlimyarydıcı amil kimi təsiri olsa da iqlimin bütün elementlərinə təsir göstərir. Ərazimiz subtropik qurşaqda həm də qurşağın kontinental bölməsinə keçdikdə yerləşməsi günəşli günlərin çox olmasına şərait yaradır. İl ərzində Arazyani düzənliklərdə günəşli saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında 2000-2500 saat, buludluq çox olan ərazilərdə 1900-2200saata qədərdir. Kür-Arazda 9gün, Nax-da 38gün buludlu hava olur. Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir.Bunlar aşağıdakılardan ibarətdir. Kara antisiklonu, Skandinaviya antisiklonu, Azor maksimumu, Subtropik antisiklonu, Cənub, kontinental,orta Asiya antisisiklonları. Yerli atmosfer dövranı. Karanın təsiri qış aylarında güclü olur, bu zaman Arktika hava kütlələti. Kara və Barens dənizləriQərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə həm Xəzər üzərində Zaqafqaziyaya daxil olur. Azor maksimumu Şərqi qafqazdan kənarda da yerləşəndə, həm yayda həm də qışda Cənubi, Orta, Şərqi Azərbaycanın iqliminə təsir edir, Britaniya adaları sahəsindən materikə daxil olur. Yüksək təziq vilayəti şərqi Avropa düzlərinin cənub hissəsi üzərində yerləşdiyi zaman, yüksək təziq vilayəti-qərbi Sibir və Qazaxıstan üzərində yerləşdiyi zaman Azərbaycanın iqlqiminə təsir edir Cənub siklonları Şrqi Zaqafqaziya Orta Xəzərə çıxdıqda, Orta Asiyadan qərbə yönələn hava kütlələri Xəzərdən keçərək Azərbaycanın şərq rayonlarına daxil olur. Yerli atmosfer proseslərinin iqlimə təsirindən Xəzər dənizi və Qafqaz daha çox rol oynayır. Bu sahələr üzərində yüksək təziq sahəsi mövcud olur. Əsasən Qafqaz və Xəzər üzərində dövran edən hava kütlələrinin regionda şox qalması nəticəsində yerli xassələrə malik tiplər yaranır. Qış fəslində ilinsoyuq dövründə soyuq hava kütlələrinnin Azərbaycana daxil olması və ya həddən artıq fəallaşması baş verir. Birinci halda Azərbaycanda adi qışlardan fərqli olaraq ekstrmaıl isti bəzəndə ekstremal soyuq olur Azərbaycan üzərinə çoxlu Aktika hava kütlələri daxil olarkən hava soyuyur, külək rejimi yaranır. Respublikamızda müxtəlif küəklər var. Xəzri adlanan külək Azərbaycana qış aylarında daxil olur. Sürəti 40m/san çatır. Gilavar cənub küləyi isə respublikamıza qışda havanın mülüyimləşməsinə, yayada isinməsinə səbəb olur. Musson adlı külək yalnız Kür-Arazda müşahidə edilir, Brizlər Xəzər zonası üçün səciyyəvidir. Fyon dağlıq və dağətəyiərazilərdə yaranır. Ağ yel və qara yel Azərbaycanın düzənlik hissələrində yaranan çox isti küləklərdir.Əsərkən təsərrüfata çox ziyan vurur. Azərbaycanın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5° C; yüksək dağlıqda isə 0° C-dan aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +44° C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) -32° C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60° C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)
 
İqlim tipləri
Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.
İqlimim əsas ünsürləri
Havanın temperaturu
Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır. Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.
 
  Temperatur haqqında.
Atmosfer yağıntısı
Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir. Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir. Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1-2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür. Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.
 
Havanın rütubətliyi
Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11-12, Xəzər sahili zonada 14-15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6-7 mb təşkil edir. Naxçıvan MR-da mütləq rütubətliyin kəmiyyətləri xeyli aşağıdır və müvafiq yüksəkliklərdə Azərbaycanın digər ərazilərinə nisbətən 1-1,5 mb azdır. Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust) və dənizkənarı ərazilərdə və Qanıx-Əyriçay vadisində 20-24 mb, 3000 m-lik yüksəkliklərdə isə 8-10 mb təşkil edir. Yanvarda düzənlik ərazilərdə onun kəmiyyətləri 6 mb, 1500 m-lik yüksəkliklərdə isə təqribən 3 mb-dir. Bu zaman ən aşağı kəmiyyətlər Naxçıvan MR-da müşahidə edilir və düzənlik ərazilərdə 4 mb, dağlarda isə daha az təşkil edir. Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75-80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55-65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35-50 %), Talışın yüksək dağlıq zirvələrində (50-55 %) və Kür-Araz ovalığında (50-60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60-85 %). Qış aylarında ən yüksək kəmiyyətlər dənizsahili, ən aşağı kəmiyyətlər isə yüksək dağlıq ərazilər üçün səciyyəvidir.
Mümkün buxarlanma
Mümkün buxarlanmanın ən böyük orta illik kəmiyyətləri Naxçıvan MR, Arazyanı düzənlikləri (1200-1400 mm və daha çox) və Kür-Araz ovalığı (1000-1200mm) üçün səciyyəvidir. Azərbaycanın digər ovalıq və düzənliklərində o, 800-1000 mm arasında dəyişir. Dağlıq ərazilərdə yüksəklik artdıqca bu göstərici azalır. Orta dağlıqda mümkün buxarlanmanın orta illik kəmiyyətləri 300-400 mm, yüksək dağlıqda isə 200 mm qədər azalır.
Buludluq
Buludluğun rejimi və paylanması hava dövranı prosesləri və ərazinin oroqrafiyası ilə əlaqədardır. Maksimal buludluq yüksək dağlarda (2000 m-dən yüksək) yazda və yayın əvvəlində, orta dağlıqda və qismən dağətəyi ərazilərdə (2000-500 m).
Günəş radiasiyası
Günəşli saatların illik miqdarı 1800-2900 saat /il olub, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində maksimuma 2900 saat/il, buludluluğun çox olması ilə əlaqədar olaraq isə Lənkəran ovalığı və Şollar düzündə minimuma 1800-2000 saat /ilə çatır. Günəş radiasiyası 120-160 kkal/sm² arasında dəyişir. Buludluluğun çoxluğu ilə əlaqədar dağ ətəyi və alçaq dağlıqda minimuma (120-130 kkal/sm²), Naxçıvanın yüksək dağlığında isə buludsuzluqla əlaqədar maksimuma 160 kkal/sm²-a çatır. Buludluluqla əlaqədar Lənkəran ovalığı, Şollar düzü və orta daglıqda səpələnən radiasiya; buludsuzluqla əlaqədar olaraq isə Kür-Araz , Arazboyu və Şərur-Ordubadda düz radiasiya üstünlük təşkil edir.
Günəşli günlərin çox olduğu Naxçıvanın Arazboyu düzənliklərində, Abşeron-Qobustan və Kür-Araz ovalığında gələcəkdə Günəş enerjisindən istifadə etmək imkanları mövcuddur.
 
 
Küləklər
İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir. Ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil edir. Lakin Abşeron adasının dənizsahili ərazilərində o, 6-8 m/s arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25-70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.
 
Azərbaycanda yaranan küləklər mənşə etibarı ilə iki yerə bölünür:
1) Kənardan daxil olanlar: 
- “Xəzri” şimal küləyidir. Ən güclü küləkdir - sürəti 35-40 m/san olur. İsti yayda sərinlik gətirir. Şimali-şərq və şimali-qərbdən də əsir;
- “Gilavar” cənub küləyidir. Cənub-şərq və cənub-qərbdən əsə bilər. İsti küləkdir. Qışda mülayimləşdirici təsir göstərir.
2) Yerli şəraitdə yaranan küləklər: Xəzər sahilində briz, dağlıq ərazilərdə dağ-dərə küləkləri əsir. Fyon küləkləri qışda dağla düzənlik arasında yaranır.
Aranda isti dövrdə “ağ və qara” yel, “Araz silyanı”, “boğanaq”, “afat”, “rəhmani” adlı küləklər əsir.
Küləyə görə I yeri Abşeron, II yeri Qazax-Gəncə, III yeri Quba - Qusar tutur.
Yağıntılar ən çox Talış dağlarının cənub-şərqinə düşür. Böyük və Kiçik Qafqazda yuxarı qalxdıqca yağıntı artır.
İllik yağıntının miqdarına görə Böyük Qafqazın cənubu Lənkəran vilayətindən sonra II yeri tutur. İllik yağıntının miqdarına görə III yeri Kiçik Qafqaz tutur.
11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə edilir. Bu iqlim tiplərini 4 qrupda birləşdirmək olar:
a) Yarımsəhra və quru göl iqlimi Azərbaycanın 50%-dən çoxunu tutur. Aran, Samur-Dəvəçi, Arazboyu düzənliklərə aiddir. 
1) Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığını tutur. Buna quru subtropik də deyilir.
2) Qışı soyuq, yayı quraq, isti keçən yarımsəhra və quru çöl iqlimi Naxçıvanm Arazboyu düzənliyində və qismən alçaq dağlarında yaranmışdır. 
b) Mülayim-isti iqlim Azərbaycanm 30%-ni tutur. Böyük və Kiçik Qafqaz, Talış, Naxçıvanın alçaq və orta dağlıq hissələrində hakimlik edir. 
3) Qışı quraq keçən mülayim-isti iqlim Kiçik Qafqazın dağətəyini, Acınohur, Qanıx-Əyriçay və Böyük Qafqazın cənub-şərqini əhatə edir. İyulun orta temperaturu +22°C, yağıntılar payızda, yazın axırında düşür.
4) Yayı quraq keçən mülayim-isti iqlim Lənkəran ovalığı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı və Böyük Qafqazın cənub-şərqində yayılmışdır. Yağıntı payızda daha çox düşür.
5) Yağıntıları il boyu bərabər paylanan mülayim - isti iqlim Talış dağlarının, Böyük Qafqazın cənub və şimali-şərqinin alçaq dağlıq və dağətəyi zonalarıın əhatə edir. İlboyu yağış yağır. 
c) Soyuq iqlim Azərbaycanın 20% -ni tutur. Böyük və Kiçik Qafqazın, eləcə də Naxçıvanın orta, qismən də yüksək dağlıq hissələri üçün hakimdir.
6) Yayı quraq keçən soyuq iqlim Naxçıvanda alçaq dağlıq zonadan başlamış, hündür dağlara qədər davam edir.
7) Qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamacı (Yan silsilə), Kiçik Qafqazın yüksək dağları üçün xarakterikdir. Orta dağlıq zonada iyulun orta temperaturu +15°, +20°C, yüksək dağlarda isə +10°; +15°C –dir.
8) Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənubunda müşahidə edilir. Yağıntı ən çox yaz və payızda düşür.
9) Dağlıq tundra iqlimi Böyuk və Kiçik Qafqaz, qismən Zəngəzür silsiləsində müşahidə olunur.
 
Küləklər
1. Kontinental Arktik 
2. Dəniz Arktik 
3. Mülayim dəniz. Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.
4. Mülayim kontinental 
5. Cənub siklonları
6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur. 
7. Orta Asiya hava kütlələri. Xəzərdən keçib qışda havanı soyudur, yayda isə isidir. Yağıntı ancaq qışda düşür.
8. Yerli hava kütlələri əsasən Xəzər ilə Azərbaycanın sahil əraziləri arasındakı təzyiq fərqi nəticəsində yaranır.
Azərbaycanda yayda tropik, qışda isə mülayim (qismən isə Arktik) hava kütlələri hakim olduğundan Azərbaycanda il ərzində hava şəraiti əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının təsiri çoxdur, Sakit və Hind okeanlarının rolu isə azdır.
Küləklər. Azərbaycanda yaranan küləklər 2 qrupa bölünür: 
1. Müxtəlif hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində yaranan küləklər; 
2. Yerli şəraitdə yaranan küləklər. Yerli küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır.
Əsas küləklər. 
a) Xəzri — sürəti 35-40 m/san. çatan şimal və şimal-şərq istiqamətli güclü küləkdir. Yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda havanı soyudur. Havanı təmizləsə də təsərrüfata ziyan vurur;
b) Gilavar — Azərbaycana cənub və cənub-şərqdən daxil olur. Yayda hava qızır, qışda isə mülayimləşdirir. Havanı təmizləyir;
c) Dağ-dərə küləkləri — dağlıq ərazidə sutka ərzində yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır.
d) Briz — Xəzərin sahilində sutkada istiqamətini 2 dəfə dəyişdirir.
e) Qara və ağ yel — Aran rayonlarında ilin ən isti dövrlərindi əsən isti və quru küləklərdir. Bitkilərin inkişafına mənfi təsir göstərir.
f) Fyon — ilin soyuq dövründə dağlarda əsən isti və quru küləklərdir.
Tropik hava küləkləri Azərbaycanda isti və quru küləklərin yaranmasına səbəb olur.
Abşeron və Qobustanda külək enerjisindən geniş istifadə etmək olar. (xüsusən Xəzri və Gilavardan)
 

 
70745
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic