BİOLOJİ ALƏM

Xəzər dənizi unikal balıq təsərrüfatlı su tutarıdır. Son vaxtlara qədər burada ildə 0,3 mln.ton balıq ovlanırdı, onların arasında nərə kimilər xüsusi dəyərə malikdir. Dünyada nərə balığ ovunun 85% Xəzərin payına düşür.
 

Xəzərin biloji resursları təbii və antropogen amillərin, dənizin səviyyə dəyişmələrinin, həm də Xəzərə ümumi çay axımının 80%-ni təşkil edən, Volqa çayının təsirləri ilə formalaşır.

Xəzər dənizinin bioloji resursları 1809 növ və qruplarda təmsil olunmuşlar. Mənşəinə görə: avtoxton fauna – siyənək balığı, qayabalığı, nərəkimilər, xərçəklər və s.; arktik növlər - xəzər qızıı balığı, suiti, xərçəngəbənzərlər və s.; aralıq dənizi növləri - iynəbalıq, aterin, krevet və s.; (Ə.Qasımov, 1994). 

Xəzərdə bitkilərin 733 növü aşkar edilmişdir, onlardan anсaq 5 növü çiçəklənən, qalanları yosunlardır. Yosunların ümumi sayının 449 növü planktonlarda məskunlaşmışdır, onlardan: Şimali Xəzərdə – 414, Orta Xəzərdə – 225, Cənubi Xəzərdə – 71 növ-dür (Qasımov, 1987). Növ tərkibinin zənginliyinə görə diatom yosunlar daha çox fərqlənirlər (163 növ). Onlara Xəzərin hər yerində rast gəlinir və onlar dənizin ümumi məhsuldarlığında vaсib rol oynayırlar.

Fitoplonktanın tərkibində növün sayına görə ikinсi yeri yaşıl yosunlar tuturlar (139 nov). Bunların içərisində, xüsusi çəkisi 90%-ə çatan, Spirogyra sp.Banuclearia lauterborni ən əhəmiyyətliləridir.
 
Xəzər planktonunda üçünсü yeri göy-yaşıl yosunlar tutur (102 növ). Onlara əsasən dənizin şirin sulu hissələrində, xüsusən Şimali Xəzərdə rast gəlinir. Xəzər fitoplanktonunda dinofitlərin 39 növü yayılmışdır, onlar dənizin məhsuldarlığı və zooplanktonun qidalanmasında əhəmiyyətli rol oynayırlar. Dinofitlər arasında Prorocentrum cordata ən yaxşı inkişaf edənidir, ona Xəzər dənizinin hər yerində rast gəlinir.

Xəzər dənizində fitoplanktonun məhsulunun kütləsi 2 - 2,2 mlrd. tondur.

Xəzərdə zoplanktonun 315 növünə rast gəlinir, Şimali Xəzərdə – 216, Orta Xəzərdə – 196, Cənubi Xəzərdə – 184 növ (Qasımov, 1994). Onlardan infuziorların payına Şimali, Orta və Cənubi Xəzərdə müvafiq olaraq 73, 112 və 108 növ düşür. Xəzər zooplanktonunda əsas rolu Limnocalanus grimaldii, Calanipeda aqbae dulcis, Eurytemora grimmi, E. minor, Acartia clausi oynayırlar. Dayaz sahil sularında əsasən C. aquae dulcis, Acartia clausi növləri yaşayırlar, onlar suyun temperaturu və duzluluğunun dəyişməsini asanlıqla keçirirlər.

Xəzər zoobentosunda sərbəst hərəkət heyvanların 809 növü (parazitik növlər daxil edilmir) aşkar edilmişdir, onlardan 502 növ mikrobentosun, 307 növ isə makrobentosun payına düşür. Bentos heyvanları içərisində növünə görə üsütünlüyü infuzorilər (305), ostrakodlar (88) və malyuskalar (119) təşkil edirlər. Geoloji monitroinq zamanı neft çirklənməsinin indikatoru olan makrobentos heyvanları əsas əhəmiyyət kəsb edir.  

Xəzər dənizində balıqların 101 növü qeydə alınmışdır. Xəzər ixtiofaunasının məhdud sayı onun kəmiyyət baxımındın yaxşı inkişaf etməsi ilə kompensasiya olunur. Bəzi növlərin, məsələn kilkənin artım sayı milliardlara çatır (Kazançeev, 1981). Bütün Xəzər balıqlarının 75%-ni təşkil edən siyənək, karp və bıçoklar növün yayımına görə üstünlük təşkil edirlər. Siyənək, karp və xulbalıqlar dənizdə, karp isə çaylarda yaşamağa üstünlük verir.

Xəzər ixtiofaunasının əsas hissəsini şirin su mənşəli balıqlar təşkil edir. Onlara nərəkimiləri və karp, durnabalığı, naqqabalığı, sarmaşçalı, tikanlı naqqabalığı, suf, xanbalığı daxildir. Əsas dəniz balıqlarına aterina, iynəbalığı və kefalın iki növü daxildir. Bunlar aralıq dənizi balıqlarıdır və xəzər mühitini əlverişli kimi qəbul etmişlər. Xəzər kumcası və qızılbalıq şimal mənşəlidir və Xəzərə çay şəbəkəsi vasitəsi ilə daxil olmuşlar (Kazançeev, 1981). Xəzər dənizi ixtifaunsının əsas kütləsini, ehtiyatları son zaman kəskin azalan, kilkə və nərəkimiləridir. Balıqların qalan sayı siyənək, kefal, aterina və xulbalıqlardan ibarətdir. Balıqların ümumi biokütləsi 2916 min ton kimi qiymətləndirilmişdir. Anсaq son zamanlar güсlü çirklənmə və brakonyerlik nətiсəsində bu rəqəm xeyli azalmışdır.
 
 
 

 
27656
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic