AZƏRBAYCANIN GÖLLƏRİ
Azərbaycan 250-yə yaxın göl vardır. Bunların əksəriyyəti çox kiçik göllərdir. Ölkədə ən böyük göl Sarısu gölüdür(65,7 km2).
Mənşəyinə görə göllər:
1. Tektonik göllər — Abşeron-Qobustanda və Kiçik Qafqazda yayılmişdır. Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü bu tip göllərdəndir.
2. Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın yüksək ərazilərində yaranır. Tufangöl.
3. Uçqun və sürüşmədən yaranan bənd göllər — Göygöl, Maralgöl, Qanlıgöl və s. aiddir.
4. Axmaz və ya çay-dərə gölləri — Kür çayı boyunca rast gəlinir. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.
5. Qalıq və ya relikt göllər — Xəzər dənizinin qalıqları olub, şorsuludurlar. Acınohur, Böyükşor, Binəqədi Masazır və s.
Əsas göllərinin morfometrik xüsusiyyətləri
№ |
Göl |
Yerləşdiyi yer |
Sahəsi, km2 |
Həcmi, mln. m3 |
1 |
Sarısu |
Kür-Araz ovalığı |
65,7 |
59,1 |
2 |
Ağzıbirçala |
Dəvəçi rayonu |
13,8 |
10,0 |
3 |
Göygöl |
Kürəkçayın hövzəsi |
0,79 |
24,0 |
4 |
Hacıqabul |
Kür-Araz ovalığı |
8,4 |
12,1 |
5 |
Böyük-Şor |
Abşeron yarımadası |
16,2 |
27,5 |
6 |
Ağgöl |
Kür-Araz ovalığı |
56,2 |
44,7 |
7 |
Candargöl |
Gürcüstanın sərhədi |
10,6 |
51,0 |
8 |
Böyük Alagöl |
Qarabağ vulkanik yaylası |
5,1 |
24,3 |
9 |
Aşıq-Qara |
Həkəriçayın hövzəsi |
1,76 |
10,2 |
10 |
Qaraçuq |
Naxçıvançayın hövzəsi |
0,45 |
2,53 |
Mənbə: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 88971
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|